"Azərsun" Holdinq müştərini ələ saldı... - GİLEY
""Azersun Holdinq", bu idi hediyyəniz? Bu neçı ay hazırlanıb, "hazır olacaq" dediyiniz bu "brelok idi?" DİA.AZ bildirir ki, bu sözlər Bakı sakini Gülcamal Əzizlinin "Müştəriyəm Şikayətim Var" qrupunda yazdığı şikayətdə yer alıb. Daha sonra narazı vətəndaş bildirir:
"Şirkətə çağırırsınız və dilənçi payı kimi bu "brelok"u verirsiniz? O boyda yolu qət edib körpə uşaqla gəlmişik şirkətinizə, deyirsiniz elə bir şey yoxdur. Deyirik ki, yarışma keçirmisiniz, orda hədiyyə udmuşuq. "Hədiyyəni gəlin götürün" demisiniz... Deyirsiniz, bizim xəbərimiz yoxdur... araşdıraq, xəbər edək...
Bir-iki dəqiqədən sonra "oxrannik"ə deyirsiniz ki, ordan bir brelok ver, yola sal. Bu idi çağırdığınız hədiyyə və hörmət? Söhbət "brelok"dan getmir, hörmətsizliyinizdən gedir... Bir işçiniz yaxınlaşıb demir ki, ay insan, təbrik edirəm, buyurun hədiyyənizi... Sanki dilənçiyik, "oxrannik" vasitəsilə "brelok"u verib, yola salırsınız... Vallah, çox ayıb hərəkətdi. Heç sizə yaraşdırmadım. Deyəsən, bu koronavirus sizə pis təsir edib, uşağın hədiyyəsinə bir şokoladı da qıymadınız... Şokolad bir yana, bir balaca "upakovka" qoymağa imkanınız yox idi? Bu günə kimi ən utancverici hərəkət sizin tərəfinizdən oldu. Heç cür özümə bunu bağışlamıram..."
Narazı vətəndaşın şikayəti ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq... 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...