"Azərsun" Holdinq müştərini ələ saldı... - GİLEY

"Azərsun" Holdinq müştərini ələ saldı... - GİLEY ""Azersun Holdinq", bu idi hediyyəniz? Bu neçı ay hazırlanıb, "hazır olacaq" dediyiniz bu "brelok idi?" DİA.AZ bildirir ki, bu sözlər Bakı sakini Gülcamal Əzizlinin "Müştəriyəm Şikayətim Var" qrupunda yazdığı şikayətdə yer alıb. Daha sonra narazı vətəndaş bildirir:

"Şirkətə çağırırsınız və dilənçi payı kimi bu "brelok"u verirsiniz? O boyda yolu qət edib körpə uşaqla gəlmişik şirkətinizə, deyirsiniz elə bir şey yoxdur. Deyirik ki, yarışma keçirmisiniz, orda hədiyyə udmuşuq. "Hədiyyəni gəlin götürün" demisiniz... Deyirsiniz, bizim xəbərimiz yoxdur... araşdıraq, xəbər edək...

Bir-iki dəqiqədən sonra "oxrannik"ə deyirsiniz ki, ordan bir brelok ver, yola sal. Bu idi çağırdığınız hədiyyə və hörmət? Söhbət "brelok"dan getmir, hörmətsizliyinizdən gedir... Bir işçiniz yaxınlaşıb demir ki, ay insan, təbrik edirəm, buyurun hədiyyənizi... Sanki dilənçiyik, "oxrannik" vasitəsilə "brelok"u verib, yola salırsınız... Vallah, çox ayıb hərəkətdi. Heç sizə yaraşdırmadım. Deyəsən, bu koronavirus sizə pis təsir edib, uşağın hədiyyəsinə bir şokoladı da qıymadınız... Şokolad bir yana, bir balaca "upakovka" qoymağa imkanınız yox idi? Bu günə kimi ən utancverici hərəkət sizin tərəfinizdən oldu. Heç cür özümə bunu bağışlamıram..."

Narazı vətəndaşın şikayəti ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
"Azərsun" Holdinq müştərini ələ saldı... - GİLEY
Geri qayıt