Cavid Qurbanovun “sağ əli” AQSİA-ya necə yol tapdı? – ŞOK FAKTLAR
İyunun 19-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin vebinar-konfransı keçirilib.
Konfransada Assosiasiyanın yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətində yer alan şəxslərdən biri “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. O Vəsilə Abdulova ki, illərdir mətbuatda qaranlıq keçmişi və əməlləri barədə bəhs olunur. Dünyanın ən böyük elektron axtarış sistemi – “google”də bu xanımın adını bircə dəfə axtarışa vermək kifayətdir ki, onun “fəaliyyəti” barədə səhih məlumatlar əldə edəsən.
Mətbuatın yazdığında görə, V.Abdulova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun ən etibarlı kadrlarından biridir. Nəinki QSC-də, C.Qurbanova məxsus bütün təsisatlarda “maliyyə işlərini” məhz bu xanım həyata keçirir. Onun adı “Topaz” qumarından tutmuş “Baltech Investment LLC”-nin “Turksel” şirkətinin səhmlərinin alınmasına, Azərbaycan Voleybol Federasiyasının idarə olunmasına qədər müxtəlif olaylarda keçir.
İddialara görə, 2016-cı ilə, yəni bu vəzifəyə təyin olunana qədər V.Abdulova Əhmədlidə kirayə yaşadığı halda hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri göz qamaşdırır. Onun şəhərin bahalı yerlərində yeni tikilən binalardan evlər aldığı da iddia olunur. Türkiyədə isə 4 otaqlı evinin olduğu bildirilir. Qısa müddətə bu qədər əmlaka sahib olması onun qaranlıq fəaliyyətindən xəbər verir.
Göründüyü kimi, V.Abdulovanın səsi artıq Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) gəlir və heç şübhəsiz bu faktiki təyinat da təsadüfi deyil. Görünür onun himəyadarları bu dəfə həmin Asossiasiyanı nəzarətə almaq niyyətinə düşüblər və yenə “etibarlı kadrdan” istifadəyə üstünlük verilib.
Xatırladaq ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılıb və 2017-ci ildən fəaliyyət göstərir. Asossiasiyanın sədri isə Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayevadır.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Asiya.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...