SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Virusun internet üzərindən yayılma ehtimalını bizimkilər kəşf ediblər” – “Azəriqaz”ın rəhbəri tənqid edildi

Virusun internet üzərindən yayılma ehtimalını bizimkilər kəşf ediblər” – “Azəriqaz”ın rəhbəri tənqid edildi

Tarix:

28-07-2020, 09:45

/ 1 620 dəfə oxundu.
Virusun internet üzərindən yayılma ehtimalını bizimkilər kəşf ediblər” – “Azəriqaz”ın rəhbəri tənqid edildi

İqtisadçı Natiq Cəfərli “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevi tənqid edib.

PIA.az-ın xəbərinə görə, buna səbəb R.Əliyevin Oğuz rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu zamanı tibbi maskadan istifadə etməsi olub.

N.Cəfərli R.Əliyevin qəbul zamanı çəkilən fotosunu paylaşaraq yazıb: “Azərbaycanda maska taxanların bəzilərinə baxanda düşünmək olar ki, ölkədə virus ya çənənin altından, ya da dirsəkdən keçir, əsasən bədənin bu nahiyyələrinə maska taxırlar. Məmurlara baxanda isə düşünmək olar ki, dünyada ilk dəfə virusun online, internet üzərindən yayılma ehtimalını bizimkilər kəşf ediblər. Yəqin, AMEA-nın son araşdırmaları bu yöndə elmi sübutlar toplayıb və əruz vəznində, “sosialist realizmi” üslubunda şeirlər şəklində yayıblar, bizim isə xəbərimiz yoxdur...”.

Şərhlər

XƏBƏR LENTİ