Qarabağ qazisini öldürən biznesmenə vəzifə verilib - FOTOFAKT
Ötən ilin iyul ayında idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə yolu keçən Qarabağ qazisi Azər Məmmədovun ölümünə səbəb olan Mirzə İlqar oğlu Bəşirova vəzifə verilib.
Unikal.org-un məlumatına görə, M.Bəşirov keçmiş Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibovun rəhbəri olduğu Basketbol Federasiyasının rəyasət üzvləri sırasında yer alıb.
Xatırladaq ki, mətbuatda gedən məlumata görə, Mirzə Bəşirov həmin hadisədən sonra həbs olunmayıb.
Həmçinin qeyd edilirdi ki, M.Bəşirov hərbi xidmətdə də olmayıb.
Bundan əlavə,M Bəşirov KVN-nin aktyoru Emil Abbasovun dostudur, qəza zamanı onun da avtomobildə olduğu bildirilmişdi.
KİV-də yayılan məlumata əsasən, M.Bəşirov və atası Bəşirov İlqar Karlen oğlunun bizneslə məşğul olurlar.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək