Qarabağ qazisini öldürən biznesmenə vəzifə verilib - FOTOFAKT

Qarabağ qazisini öldürən biznesmenə vəzifə verilib - FOTOFAKT Ötən ilin iyul ayında idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə yolu keçən Qarabağ qazisi Azər Məmmədovun ölümünə səbəb olan Mirzə İlqar oğlu Bəşirova vəzifə verilib.

Unikal.org-un məlumatına görə, M.Bəşirov keçmiş Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibovun rəhbəri olduğu Basketbol Federasiyasının rəyasət üzvləri sırasında yer alıb.

Xatırladaq ki, mətbuatda gedən məlumata görə, Mirzə Bəşirov həmin hadisədən sonra həbs olunmayıb.

Həmçinin qeyd edilirdi ki, M.Bəşirov hərbi xidmətdə də olmayıb.

Bundan əlavə,M Bəşirov KVN-nin aktyoru Emil Abbasovun dostudur, qəza zamanı onun da avtomobildə olduğu bildirilmişdi.

KİV-də yayılan məlumata əsasən, M.Bəşirov və atası Bəşirov İlqar Karlen oğlunun bizneslə məşğul olurlar.
Qarabağ qazisini öldürən biznesmenə vəzifə verilib - FOTOFAKT


Geri qayıt