Xanlar Fətiyevin biznes imperiyası - FOTO
Milli Məclisin keçmiş deputatı, hazırda Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev 2010-cu il seçkilərində parlamentə seçiləndən bir il əvvəl, 2009-cu ilin mayında təsisçisi olduğu "AZNUR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçilik hüququnu həyat yoldaşı Fətiyeva Səbinə Səfər qızının adına keçirib.
Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
"Keçmiş deputatın tərcümeyi-halında isə onun 2003-2004-cü illərdə həmin şirkətin təsisçisi olduğu qeyd olunur. Saxtakarlığın səbəbi Xanlar Fətiyevin 2004-cü ildə Gəncə avtomobil zavoduna direktor təyin olunması ilə bağlıdır. Guya dövlət şirkətinə təyin olunduğu üçün sahibkarlıq fəaliyyətinə son qoyub. Xanlar Fətiyevin deputat kimi fəaliyyət göstərdiyi dövrdə həyat yoldaşının adına olan şirkət Almaniya, Avstraliya, Rusiya, Belorusiya, Gürcüstan da daxil olmaqla dünyanın dörd bucağında peyda olub. Fətiyevlərin biznesi əsasən avtomobillərin icarəsi, supermarketlər şəbəkəsi, reklam sahəsini əhatə edir" - C.Həsənli qeyd edib.










Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...