Akademik Cəlal Allahverdiyev vəfat edib
Azərbaycan elminə ağır itki üz verib.
Azərbaycanın tanınmış riyaziyyatçısı Cəlal Allahverdiyev bu gün vəfat edib. Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor C.Allahverdiyev 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Cəlal Allahverdiyev 17 sentyabr 1929-cu il Şuşa şəhərində anadan olub.
1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olub, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə professor elmi adına layiq görülüb. Onun ən məşhur elmi nəticəsi "Allahverdiyev teoremi" adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınıb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub