"Çin Karqo" şirkəti 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər Orqanlarının bütün şəxsi heyətini təbrik edir
"Çin Karqo" şirkətinin rəhbəri, tanınmış nüfuzlu iş adamı Şamil Heydərov, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə müstəqil Azərbaycanın polis orqanı yaradıldığını və böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını qeyd edib. Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini söyləyən Şamil Heydərov 2 iyul - polis işçilərinin peşə bayramının 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə təsis edildiyini diqqətə çatdırıb. Şamil Heydərov polis işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan polisinə insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qoruması işində uğurlar arzulayıb.
"Çin Karqo" şirkətinin rəhbəri daha sonra qeyd edib ki, Azərbaycan dövlətinin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri nin olduğunu xüsusilə vurğulayıb. Şamil Heydərov Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirərək, peşəkarlığın artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması və polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirildiyini nəzərə çatdırıb.
Azərbaycan polisinin güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olduğunu qeyd edən Şamil Heydərov, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmənin vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verdiyini vurğulayıb.
İş adamı, Azərbaycan polisinin keçdiyi tarixi yolun bugünkü nəsil üçün örnək olduğunu, xalqımızın Azərbaycan polisinə böyük inam bəslədiyini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətlərinin danılmaz olduğunu söyləyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...