XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Prezident Kərəm Mustafayevə general-polkovnik rütbəsi verdi

Prezident Kərəm Mustafayevə general-polkovnik rütbəsi verdi

Prezident Kərəm Mustafayevə general-polkovnik rütbəsi verdi
25-06-2020, 14:30

General-leytenant Kərəm Nəriman oğlu Mustafayevə general-polkovnik hərbi rütbəsi verilib.

Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.

Qeyd edək ki, K.Mustafayev 1 iyul 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlərİ Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 22.06.2006-cı il tarixlli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25.06.2009-cu il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2011-ci il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" 3-cü dərəcəli və 24.06.2014-cü il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordenləri ilə təltif olunub.

14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub..

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.