Bu fotolar reklamdır, yoxsa utancverici mənzərə? - Heç olmasa paylaşmayın - FOTO
Nəsimi Rayon İcra Hakimiyyəti növbəti ümumrayon iməciliyindən fotolar paylaşıb. Məlumatda prospektlərin, səkilərin, işıq dirəklərinin, məhəccərlərin yuyulduğu, yaşıllıqlara qulluq göstərildiyi qeyd olunur.
Amma bu fotolarda diqqəti çəkən tamam başqa bir məqamdır.
Bizimesr.com bildirir ki, küçələri süpürənlərin, məhəccərləri silənlərin, səkiləri yuyanların böyük əksəriyyəti yenə yaşlı qadınlardır. Elə yaşlı ki, onların bir çoxu pensiya yaşını çoxdan keçmiş, nəvə-nəticələri ilə vaxt keçirməli yaşdadır. Amma...
Ən acısı isə budur ki, bu mənzərə yeni deyil. İllərdir Bakı küçələrində eyni səhnəni görürük. Hansı rayona baxırsan bax, əlində süpürgə, belində iş jileti olan yaşlı nənələr və babalar. Qışın şaxtasında da onlar, yayın 40 dərəcə istisində də onlar.
Bəs illərdir alınan milyonlarla manatlıq kommunal texnikalar haradadır?
Bu biabırçılığa nə zaman son qoyulacaq?
Müasir küçə süpürən maşınlar, yuyucu avtomobillər, mexanikləşdirilmiş avadanlıqlar niyə bu insanların əməyini yüngülləşdirmir? Niyə XXI əsrdə hələ də şəhərin mərkəzində səki və məhəccərlər əsasən əl əməyilə təmizlənir? Özü də ahın insanların əməyi ilə...
Ən düşündürücü məqam budur ki, rayon icra hakimiyyəti bu fotoları uğur nümunəsi kimi paylaşır.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov - bu fotolarla nə göstərmək istəyirsiniz?
Şəhərin təmiz olduğunu, yoxsa şəhərin təmizliyinin hələ də ahıl qadınların fiziki əməyi hesabına təmin edildiyini?
Bu fotolarla iş gördüyünüzü göstərmək istəyirsiz?
Bu yaşda insanların saatlarla küçə süpürməsi, ağır fiziki iş görməsi normal qəbul edilməməlidir. Pensiya yaşı istirahət, sağlamlığın qorunması və həyatın daha rahat mərhələsi olmalıdır. Əgər şəhərin təmizliyi hələ də əsasən ahıl insanların çiyinlərindədirsə, bu, təkcə kommunal xidmətlərin deyil, sosial siyasətin də müzakirə edilməli məsələsidir.
Niyə illər keçir, texnologiyalar dəyişir, kommunal xidmətlərə yeni texnikalar alınır, rəqəmsallaşmadan danışılır, amma küçələrdə dəyişməyən tək mənzərə yenə də əlində süpürgə ilə işləyən ahıl qadınlardır?
Dövlət qurumları bu fotoları fəxrlə paylaşmazdan əvvəl, həmin fotoların cəmiyyətə hansı mesajı verdiyini heç düşünürlərmi?
Bir bir və ya daha çox şəxs, skuter, siqvey və küçə şəkili ola bilər
Bir küçə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, küçə və yol şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.(Bizimesr.com)
XalqXeber.Az






Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...