SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "İki helikopter meydançası, avtomobil dayanacağı...” - Elçin Quliyevə məxsus olduğu iddia edilən 165 hektarlıq ərazi

"İki helikopter meydançası, avtomobil dayanacağı...” - Elçin Quliyevə məxsus olduğu iddia edilən 165 hektarlıq ərazi

Tarix:

23-06-2020, 17:52

/ 1 844 dəfə oxundu.
"İki helikopter meydançası, avtomobil dayanacağı...” - Elçin Quliyevə məxsus olduğu iddia edilən 165 hektarlıq ərazi

Xaricdə yaşayan bloqer Həbib Müntəzir Novxanı kəndində yerləşən böyük bir obyektin peyk görüntüsünü yayımlayıb.

Müəllif qeyd edib ki, bu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə məxsus villadır. Obyektin fərqli xüsusiyyəti orada böyük süni gölün yerləşməsidir, hansı ki, sahil xətti Xəzər dənizinin xəritəsinin konturlarını təkrarlayır.

Sahəsi, müxtəlif hesablamalara görə, 200 hektara çatan obyektin miqyası həqiqətən heyrətamizdir.

Novxanı kənd icra nümayəndəliyindən bildiriblər ki, xəritədə göstərilən ərazi dövlət əhəmiyyətli strateji bir obyektdir. Və onun general-polkovnik Elçin Quliyevə heç bir aidiyyəti yoxdur.

Bu dövlət obyektində iki helikopter meydançası, avtomobil dayanacağı üçün böyük bir kompleks və ofis binası var.

Sayt onu da dəqiqləşdirib ki, Novxanı qəsəbəsində, minlərlə vətəndaş kimi, Elçin Quliyevin də bağ sahəsi var. Lakin göstərilən strateji obyekt dövlətə məxsusdur.

Virtualaz.org//

Şərhlər

XƏBƏR LENTİ