SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu hallarda SMS göndərilməsi tələb olunmur

Bu hallarda SMS göndərilməsi tələb olunmur

Tarix:

19-06-2020, 17:37

/ 1 139 dəfə oxundu.
Bu hallarda SMS göndərilməsi tələb olunmur

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS-məlumatın göndərilməsi tələb olunmur.

Bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Baş Nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.

Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS -məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər.

Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Şərhlər

XƏBƏR LENTİ