SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Füzuli Məmmədov RAİ-ni buraxıb, diaspor fəaliyyətini dayandırdı – Varis planı işə salınır (Şok səs yazısı)

Füzuli Məmmədov RAİ-ni buraxıb, diaspor fəaliyyətini dayandırdı – Varis planı işə salınır (Şok səs yazısı)

Tarix:

10-06-2020, 08:17

/ 1 465 dəfə oxundu.
Füzuli Məmmədov RAİ-ni buraxıb, diaspor fəaliyyətini dayandırdı – Varis planı işə salınır (Şok səs yazısı)

Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Füzuli Məmmədov (Frenk Elkapone) diaspor fəaliyyətinə son qoyduğunu bəyan edib. Bu barədə Füzuli Məmmədov və onun rəhbəri olduğu qurumlar tərəfindən hələ ki, rəsmi bəyanat verilməyib.

Azinforum.az Füzuli Məmmədovun yaxın ətrafına sosial şəbəkələr üzərindən etdiyi müraciətin səs yazısını əldə edib.

Füzuli Məmmədovun öz yaxın ətrafı ilə etdiyi söhbət zamanı bir il əvvəl təsis etdiyi Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) fəaliyyətini dondurduğunu və özünün də diaspor fəaliyyətindən kənarlaşdığını bəyan edib. Xatırladaq ki, bu qurum təsis ediləndə Füzuli Məmmədov və komandası RAİ-nin Rusiyadakı azərbaycanlıları öz ətrafında birləşdirəcək ən ciddi diaspor təşkilatı olacağını bəyan edirdilər.
Biz obyektiv təhlillərə söykənərək, sözügedən qurumun ciddi perspektivə malik olmayacağını daima bəyan etmişik. Qeyd edək ki, elə yarandığı gündən az keçməmiş RAİ-dən “yarpaq tökümü” başladı. Sibir regionunu təmsil edən Mirkazım Seyidov qurumdan istefa verdi. Qurumun Ryazan bölməsinin rəhbəri Elşən Əliyev, Komi Respublikasındakı təmsilçisi Akif Mikayılov, RAİ-nin Kalininqrad şöbəsinin rəhbəri Tofiq Rzayev , Cənubi Saxalin bölməsinin rəhbəri Şahvələd Qasımov və mətbuat xidmətinin rəhbəri Anar Həsənov da müxtəlif periodlarda Füzuli Məmmədovla yollarını ayırıblar. Qurumun daxilindən əldə etdiyimiz məlumata görə, Füzuli Məmmədovun özü prosesdən kənara çəkilsə də, varis planını işə salıb və qurumun rəhbərliyini özünə yaxınlığı ilə seçilən Elnur Hüseynova tapşırmağı planlayır.
Ancaq Elnur Hüseynovun diaspor sahəsində təcrübəsinin zəifliyi onun RAİ-də mütləq lider kimi qəbul olunmasına maneçilik törədir. Ehtimal olunur ki, Füzuli Məmmədov belə bir planı reallaşdırmağa çalışarsa, çox ciddi qalmaqalların yaşanacağı qaçılmaz olacaq. Artıq RAİ daxilində hansısa taxta əməliyyatına görə həcmi milyonlarla ölçülən dələduzluq əməlindən söz açılmağa başlanılıb. Hələlik pıçıltı ilə aparılan bu söhbətlərin yaxın zamanlarda mediaya da yol tapacağına şübhə yoxdur.

Səslənən fikirlərlə bağlı RAİ-nin də mövqeyini dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ