SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hikmət Şikarov: Azərbaycan polisi bizim təhlükəsizliyimizin, rahatlığımızın, rifahımızın keşiyindədir

Hikmət Şikarov: Azərbaycan polisi bizim təhlükəsizliyimizin, rahatlığımızın, rifahımızın keşiyindədir

Tarix:

10-06-2020, 08:10

/ 1 406 dəfə oxundu.
Hikmət Şikarov: Azərbaycan polisi bizim təhlükəsizliyimizin, rahatlığımızın, rifahımızın keşiyindədir

"Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız dövlətçilik ənənələrini, milli dəyərləri qorumaqla dayanıqlı müstəqil dövlətini qurdu, millət kimi mövcudluğunu qoruyub saxladı. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə hər zaman xüsusi əhəmiyyət kəsb edib. Dövlətimizin inkişafı və müstəqilliyimizin qorunmasında hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı olan hüquq-mühafizə orqanı kimi Azərbaycan polisinin fəaliyyəti əvəzolunmazdır.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov söyləyib.

Hikmət Şikarov bildirib ki, güclü dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır: “Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Çətin və şərəfli peşə olan Azərbaycan polisi bu vəzifənin öhdəsindən layiqincə gəlməklə dövlətimizin inkişafına öz təhfəsini verərək xalqın ehtiram və etimadını qazanmışdır.

Bu gün ölkə əhalisinin dinc və sabitlik şəraitində yaşaması, dövlətimizə qarşı təxribatların qarşısının alınması, cinayətkarlığa qarşı mübarizə xalqın Azərbaycan polisinə olan ehtiramını artırır.

Son aylarda koronavirus pandemiyasının bəşəriyyəti hədələməsi hər bir zaman olduğu kimi bir daha Azərbaycan polisinin resurslarının səfərbər olunmasına, yeni çağırışlara daha çevik cavab vermək siyasəti yürütməyə sövq etdi. Pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir.”

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun sözlərinə görə, koronavirusla mübarizədə səhiyyə sistemi əməkdaşları ilə yanaşı ön cəbhədə yer alan polislər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə verirlər: “İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır.

Gündəlik şahidi olduğumuz hadisələr və sosial şəbəkələrdə əks olunan paylaşımlarda polisin xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə çatması, onlara yardım əli uzatması və humanist davranışlarının şahidi oluruq. Bütün bunlar vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. Lakin bütün bu reallıqlarla yanaşı Azərbaycan polisinə qarşı bir qrup insanın aqressiv münasibəti, onların fəaliiyyətinə “ləkə yaxmaq” istəyi milli maraqlarımıza zidd hərəkətdir.”

Şərhlər

XƏBƏR LENTİ