SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Komitə Şeyxin çadır biznesinə ilişdi, bahalaşmanı təsdiqlədi - Dosye

Komitə Şeyxin çadır biznesinə ilişdi, bahalaşmanı təsdiqlədi - Dosye

Tarix:

19-04-2017, 17:02

/ 55 715 dəfə oxundu.
Komitə Şeyxin çadır biznesinə ilişdi, bahalaşmanı təsdiqlədi - Dosye

Azərbaycanda dəfn mərasimi üçün çadır kirayəsi xidməti bu ilin mart ayında əvvəlki ayla müqayisədə 1% bahalaşıb
Əldə etdiyimiz məlumata görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəsmi statistikaya əsasən, bir günlük çadır kirayəsinin orta aylıq qiyməti martda 93,10 manat təşkil edib. Orta aylıq qiymət yanvarda 90,61 manat, fevralda 91,78 manat olub ki, bu da yanvarda aylıq 3,3%, fevralda isə 1,4% bahalaşma deməkdir.
Dəfn mərasimi üçün çadır kirayəsi istehlak səbətinə daxil olan 100 xidmətdən biridir. Bildirək ki, "İstehlak səbətinə daxil olan məhsulların siyahısı” İqtisadiyyat Nazirliyi ilə razılaşdırılıb və Dövlət Statistika Komitəsinin 2016-cı il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilib.
Yeni istehlak səbəti 150-si ərzaq, 1-i tütün məmulatı, 269-u qeyri-ərzaq məhsulu, 100-ü xidmət növü olmaqla 520 adda məhsul və xidmətdən ibarətdir.
Məlumata görə, çadır biznesinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin nəzarətində olduğu bildirilir.
Apardığımız kiçik araşdırma nəticəsində aydın oldu ki, bu gün şəhərdə istənilən təbəqəyə məxsus yas mərasimi üçün çadırlar sifariş etmək olar. Belə ki, adətən hava limanında, vağzalda, turizm şirkətlərində VİP deyilən bir termin var.
Ancaq çadır biznesi o qədər inkişaf edib ki, indi VİP və super xidmətlər meydana gəlib. Bu çadırlar Almaniyadan, Çindən və digər inkişaf etmiş ölkələrdən gətirilir.
Satış qiyməti 20-25 min manat təşkil edir. Kirayə çadır verən ofis rəhbərlərindən birinin sözlərinə görə, bu çadırların bir günü 4000-5000 manatdır.
Şeyx bu biznesin genişlənməsində maraqlıdır. Belə söhbət var ki, kiçik kirayə çadır ofislərini qadağan edəcəklər.
Hətta bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə yas mərasimlərində ehsan qadağasına qarşı dirəniş göstərib.
Şeyx öz biznesini saxlamaq naminə rəsmi qərarla barışmır və bu qarşıdurmada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə arasında gərginlik yaşanmaqdadır.

Şərhlər

XƏBƏR LENTİ