
Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradov Azərbaycan Respublikasınən dövlət büdcəsindən xaricdəki azərbaycanlı diasporalarının və Dövlət Komitəsinin öz fəaliyyəti üçün ayrılmış maliyyə vəsaitlərini mənimsəmək üçün cinayətkar şəbəkə yaradıb.
Ovqat.com xəbər verir ki, bunu saytımıza açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov bildirib.
Daşqın Gülməmmədov qeyd edib ki, Fuad Muradovun və ümumilikdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətlərinin yoxlanılması üçün artıq 3 dosye hazırlayıb və yaxın zamanlarda bu dosyelər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və Baş Prokuroluğa göndərəcək.
“Fuad Muradov “Koordinasiya Şuraları” adı altında dövlət vəsaitlərinin mənimsənilməsi üçün cinayətkar mexanizm yardıb. Bu Koordinasiya Şuralarına, həmçinin bəzi diaspora təşkilatlarına dövlət büdcəsindən maliyyə vəsaitlərinin ayrılması və sərf edilməsi şəffaf deyil, həmin vəsaitlərin xərclənməsi ilə bağlı tərtib edilmiş sənədlərin çoxu saxtadır və adi tədqiqat aparılsa saxtakarlıq və korrupsiya faktları üzə çıxacaq”.
Təşkilat rəhbərinin fikrincə, Fuad Muradov Azərbaycan diasporasını tam məhv edib: “Diaspora elə bir vəziyyətdədir ki, Azərbaycan Respublikasında və xaricdə yaşayan azərbaycanlılara qarşı düşmən qüvvələr tərəfindən təşkil edilən kiçik informasiya təxribatlarına belə müqavimət göstərə bilmir. Bunların hamısının səbəbkarı Fuad Muradovdur. Bu şəxs dövlət vəsaitlərini mənimsəməklə məşğul olub, diasporanı isə tam dağıdıb”.