SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Biz Sizinlə güclüyük, cənab Prezident

Biz Sizinlə güclüyük, cənab Prezident

Tarix:

21-05-2020, 11:21

/ 1 612 dəfə oxundu.
Biz Sizinlə güclüyük, cənab Prezident

Belə bir çətin dövrdə cənab Prezidentə minnətdarlığımı bildirməyi bir Azərbaycan vətəndaşı olaraq özümə borc bilirəm. Ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Bu gün dünyanı cənginə alan xəstəliklə-COVID-19-la mübarizədə ölkəmiz liderdir. Hətta bir çox ölkələrə nümunədir. Bu isə cənab Prezidentin uzaqgörən siyasətinin nəticəsidir. Biz inanırıq ki, bu mübarizədən də alnıaçıq, üzüağ çıxacağıq.
Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, xalqımızın bu çətin günlərindən yararlanmağa çalışan, yalnız şəxsi mənafelərini güdən bəzi icra başçıları və dövlət məmurları oldu ki,onlar da qanun qarşısında layiqincə cavab verdilər.Bütün bu hadisələr xalqın öz prezidentinə olan inamını daha da artırdı.
Cənab Prezident bütün dünyanı əhatə edən bu bəladan qurtulmağın yolunun birlik olduğunu bildirən ölkə rəhbəri virus qonşu ölkələrdə özünü göstərdiyi ilk vaxtlarda artıq fövqəladə tədbirlər planını başlatmış, əhalinin psixoloji və maddi zərərini minimuma endirmək üçün əmrlər imzalamışdır. Bir daha gördük ki, ölkə rəhbəri və xalq bu mübarizədə bir yumruq kimi birləşərək uğurlu nəticə əldə etmişdir.
Cənab Prezidentin xalqımıza göstərdiyi qayğı əvəz olunmazdır. Nə xoş bizə ki, cənab İlham Əliyev kimi Liderimiz var. Biz Sizinlə güclüyük, cənab Prezident.

Zudov Aleksandr Nikolayeviç
Əməkdar idman ustası

Şərhlər

XƏBƏR LENTİ