SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş — FOTOLAR

Yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş — FOTOLAR

Tarix:

14-04-2020, 21:28

/ 1 599 dəfə oxundu.
Yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş — FOTOLAR

Bu gün Daxili işlər Nazirliyi “8103” qısa nömrəsinə mesaj göndərərək, yas mərasimində iştirak etmək adı ilə icazə alan 50 nəfərin saxlanılması barədə məlumat yayıb.
Demokrat.az-ın məlumatına görə, saxlanılanlar arasında məşhur bodibildinqçi, fitnes müəllimi Renad Əfəndiyev də var.
O, yasa getmək adı ilə icazə alaraq epidemiya əleyhinə rejimin tələblərini pozub.

İcazədən sui-istifadə edən idmançı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimələnib.
Qeyd edək ki, R.Əfəndiyev yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayevə məxsus “Go Fitness” idman zalında fitnes müəllimi kimi çalışır.(oxu.az)
Yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş — FOTOLAR



Şərhlər

XƏBƏR LENTİ