XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Maqsud Mahmudov azadlıqda - Ukrayna DTX-sı saxlanılma səbəbinə aydınlıq gətirib

Maqsud Mahmudov azadlıqda - Ukrayna DTX-sı saxlanılma səbəbinə aydınlıq gətirib

Maqsud Mahmudov azadlıqda - Ukrayna DTX-sı saxlanılma səbəbinə aydınlıq gətirib
11-04-2020, 12:15

Maqsud Mahmudov azadlığa buraxılıb.
Ovqat.com xəbər verir ki, bu məlumatı Maqsud Mahmudovun özü internet televiziyalarından birinə açıqlamasında bildirib.
O, saxlanılıb Azərbaycana deportasiya edilməməsini belə şərh edib: “Ukrayna hakimiyyəti məni Azərbaycana vermədi”
Maqsud Mahmudovun azadlığa buraxılmasında Leyla Yunusun önəmli rol oynadığı bildirilir.

Ukrayna Təhlükəsizlik Xidməti Maqsud Mahmudun saxlanılmasının səbəbinə aydınlıq gətirib

Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatçıları Milli Polislə birlikdə keçirdikləri əməliyyat nəticəsində beynəlxalq axtarışda olan Xəzəryanı ölkələrdən birinin vətəndaşını saxlayıblar.
Ovqat.com xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti informasiya xidmətinin Maqsud Mahmudovun saxlanılması barədə rəsmi məlumatında belə deyilir.
Məlumata görə, xüsusi xidmət əməkdaşlarının əməliyyatı nəticəsində İnterpolda axtarışda olan 51 yaşlı əcnəbinin ötən ilin noyabr ayından bəri Ukraynada gizləndiyi aşkar edilib. Onun paytaxt ətrafında yalnız taksi ilə hərəkət etdiyi və telefon nömrələrini tez-tez dəyişdirdiyi müəyyənləşdirilib.
Məlumata görə, xəbərdə adı çəkilməyən həmin şəxs öz vətənində cəza almamaq üçün sığındığı Ukraynada yaşamağını qanuniləşdirmək üçün siyasi qaçqın statusu almağa çalışıb.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kiyevin Holosiivski rayonunda kirayədə qaldığı mənzildə göz altına alınıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.