XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Eldar Əzizov komandasının qaranlıq tərəfi: meriyanı idarə edən kimlərdi?

Eldar Əzizov komandasının qaranlıq tərəfi: meriyanı idarə edən kimlərdi?

Eldar Əzizov komandasının qaranlıq tərəfi: meriyanı idarə edən kimlərdi?
9-04-2020, 11:38

Bakının “əfsanəvi” icra başçısı Hacıbala Abutalıbovdan sonra bu vəzifəyə təyinat alan Eldar Əzizovun sələfindən qalma problemləri həll edəcəyi gözlənilirdi. Düzdür həmşə olduğu kimi işə başlayan kimi bir neçə səs-küylü tədbirlər həyata keçirən təzə şəhər meri az sonra heç də islahatçı olmadığını, daha çox mühafizəkar xəttə sadiq olduğunu büruzə verdi. Bununla bağlı media üzərindən apardığımız araşdırmalara görə, Bakı merinin belə uğursuz reputasiyasına onun ətrafında qərarlaşan komandasının da “rolu” az deyil. Xatırladaq ki, 2018-ci ilin sentyabrında E.Əzizov meriyada 4 mühüm postda dəyişiklik etdi. Nəticədə İH-nin aparat rəhbəri vəzifəsinə Elgün Həbibullayev və Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri postuna isə Coşqun Cəbrayılov təyin olundular. Bu siyahıda İH-nin sözçüsü İsrafil Kərimovun da adını xüsusilə qeyd etmək lazımdır.
Daha çox E.Əzizovun “qara kassası” kimi tanınan E.Həbibullayev və C.Cəbrayılov meriyada baş tutan bütün qaranlıq əməliyyatların “memarları” hesab olunurlar. Bu əməllərdən E.Əzizovun nə qədər xəbərdar olduğunu deyə bilməsək də,hər halda bu şəxslərin şəhər İH-də kütləvi narazılıq formalaşdırdığı, dövlət siyasətinə zərbə vurduğu şübhəsizdir. Paytaxtda baş tutan istənilən qanunsuzluğun altından məhz onların “izləri” aşkara çıxır. Onu da bildirək ki, EHəbibbəyli paytaxt merinin sevimli kadrlarından sayılır. E.Əzizov işlədiyi bütün postlarda onu yanında saxlayıb. Elgun Həbibullayev Eldar Əzizovun komandasında Gəncə və Sumqayıt Şəhəri İcra Hakimiyyətlərində çalışıb. Hətta Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinədək yüksəlib. Ancaq idarəçilik sahəsində əmək fəaliyyətinə isə BŞİH Xarici Əlaqələr və İnvestisiya proqramları Departamentində başlayıb.
Onların qanunsuz əməlləri artıq sərhəd tanımır. Onların vəzifəyə təyinatı ilə E.Əzizov özü öz uğursuzluğuna imza atıb desək yanılmarıq. ölkədə gedən son proseslərin fonunda E.Əzizovun “kölgəsində” gizlənərək min-bir oyun çıxaran qruplaşmanın bu yolla çox da uzağa getməyəcəyi məlumdur. Milyonluq şübhəli tender əməliyyatları, maliyyə maxinasiyaları birbaşa dövlət siyasətinə zərbə vurmaqdır.

Cumhuriyyet.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.