Eldar Sultanovun doğum günüdür
Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 57 yaşı tamam olur.
Eldar Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. O, orta təhsilini 1969-1979-cu illərdə alıb. Daha sonra ali təhsil alaraq iki ixtisasa sahib olub. Belə ki, E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.
2008-ci ildən isə E.Sultanov Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir.
Bu müddət ərzində o, prokurorluq orqanlarının, ilk növbədə, Baş Prokurorluğun kütləvi informasiya vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığına nail ola bilib.
Xalqxeber.Az xəbər portalı adından Eldar Sultanovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...