XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Space”nin “kraliçası” Tamara Məmmədova həbs təhlükəsi qarşısında: Vaqif Mustafayev hələ də susur

"Space”nin “kraliçası” Tamara Məmmədova həbs təhlükəsi qarşısında: Vaqif Mustafayev hələ də susur

"Space”nin “kraliçası” Tamara Məmmədova həbs təhlükəsi qarşısında: Vaqif Mustafayev hələ də susur
16-03-2020, 09:12

Azərbaycanda “Space” adlanan bir telekanal var. Əsasən hind filmlərinin yayımı ilə məşğul olur. Arabir toyxana, çayxana, meyxana və digər “xana” tipli verilişlər də verir ki, hind filmlərinin nostaljisini yaşayanlar süni səs effektlərinin və bəsit hind romantikasının təsirindən ayılıb izlədiklərindən daha zövqsüz ekran nümunuləri ilə tanış olmaq imkanı əldə edə bilsinlər və təsəlli tapsınlar.
“Space” telekanalının efiri bəşər tarixində mövcud olan bütün sivilizasiyalarının formalaşdırdığı mədəniyyətlərin, sövqün, estetik dünyagörüşünün, sivil və sağlam təfəkkürün bitdiyi yerdir. “Space” zövq anlayışının edam kötüyüdür. Burada Azərbaycan mədəniyyəti, Azərbaycan dili, xalqımızın adət-ənənəsi, mənəvi dəyərləri hər gün çarmıxa çəkilir. Burada efir mədəniyyətinə, jurnalist peşəkarlığına hər gün ağlasığmaz əzab verirlər, incidirlər, alçaldırlar, rəzil edirlər. Görünür bəzilərinin Azərbaycan xalqına aşırı ironik münasibəti, aşağılayıcı baxışı filmlərdən efirə transformasiya olunub. Həm də çox bəsit, zövqsüz, qeyri-peşəkar bir tərzdə…
Space tv həm də bir Azərbaqycan rejissorunun faciəsidir. Bu gün rəhbərlik etdiyi televiziyanı özünün ironik teleserialı sayaraq Vaqif Mustafayevə haqq qazandırıb “Vaqif Mustafayev faciəsi”ndən yayınmaq da olar, amma özümüzü aldatmaqla uzağa getmirik və amansız suallar yaxamızı buraxmır: Filmləri Kann festivalında nümayiş olunan, müxtəlif ölkələrdə əsərlərindən dərslik kimi istifadə edilən, nüfuzlu film festivallarına münsif kimi dəvət alan bir rejissor niyə belə bior uğursuzluq içindədir?
Son günlər adı çəkilən telekanal lap müharibə poliqonuna bənzəyir. Hamı cəsus axtarışındadır. Telekanal rəhbərliyi bura ilə bağlı tənqidi fikirlərin arxasında hansısa gizli əl axtarır, amma SPACE-ni bu vəziyyətə salan Tamara Məmmədovanın ağla və məntiqə sığmayan əməllərini nədənsə görmək istəmir. Bir neçə gün öncə cumhuriyyet.az olaraq SPACE-də baş verənlərlə bağlı sizlərə məlumatlar bildirmişdik. Elə həmin yazıda tv kollektivi arasında Toma xanım kimi tanınan bu şəxsin ümumi idarəçiliyə, kadr məsələlərinə müdaxiləsindən, özünü V.Mustafayevdən sonra birinci vitse prezident kimi aparmasından bəhs etmişdik.Onu tanıyanların bildirdiyinə görə,bu xanım harada işləməsinə baxmayaraq özünün qeyri peşəkarlığı ilə ətrafda mənfi aura yaradıb. T.Məmmədovanın adı hallanan ən böyük qalmaqal isə bu günlərdə məhkəmə müstəvisinə çıxıb. Belə ki, Space” telekanalının əməkdaşı Vüqar Ağayev 100-dən çox insana pul ataraq, ölkədən qaçıb.Bu işlə bağlı mediada yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, V.Ağayev zərərçəkmişlərdən pulları kimi aparıcı, kimi operator, kimi reklam işinə düzəlmək üçün ödəyiblər. Hamısından da həmin pullar dövlət rüsumu adı altında alınıb. Mareaqlıdır ki, həmin insanlar 4-5 ay telekanala təpik döyüb. Sadəcə onlara deyilib ki, siz yeni işçi olduğunuzdan maaşları bir neçə ay gecikəcək. Ancaq sonda hamısı birlikdə ödəyəcəyik. Maraqlıdır ki, bu şəxslərein adı telekanalın işçiləri siyahısına da salınıb. Bu isə ondan xəbər verir ki, V.Ağayev dələduzluğu təkbaşına həyata keçirməyib. Şikayətçilərin ölkə mediasına verdiyi məlumata görə, ölkədən qaçan Vüqar Ağayev hazırda Spacedə kanalın proqram müdiri olan Tamara xanımla birlikdə iş birliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alblar, lakin sözlərinə əməl etməyiblər. Zərərçəkənlər pullarını geri istədikdə isə “bu gün, sabah verərəm” deyərək vaxtı uzadıblar.//anaxeber.info//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.