Prezidentin 10 mart çıxışı yeni dəyişiklik anonsudur... - Kimlər hədəfdədir?
"Prezident İlham Əliyevin yeni seçilən Milli Məclisin ilk iclasında etdiyi çıxışdan çox məqamları anlamaq olar ki, onların da başında gələni yeni dəyişiklik dalğasının start götürüləcəyi haqda edilən anonsdur". Bu barədə DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə məlumat verib.
Mənbə bildirir ki, Prezident çıxışında neçə müddətdir başlatdığı yeniləşmə siyasətinin daha radikal məcraya yön alacağını və yaxud da artıq yön aldığını net şəkildə ifadə etdi: "Bura elə icra başçılarınbın həbsini də şamil etmək olar. Prezident buna qədər ayrı-ayrı məmurlara xəbərdarlıq etmişdi. Onlara müraciət etmişdi ki, xalqla təmasda olsunlar, xalqın xidmətçisi olduqlarını unutmasınlar. Amma görünəni o oldu ki, bəziləri Prezidentin xəbərdarlıqlarını ciddiyə almadı. Nəticələr də göz önündədir və dünənki çıxışdan da göründü ki, yeni cəzalar gələcək. Əgər yenə də dərs çıxarılmasa..."
Mənbəmiz dia.az-a açıqlamasında yaxın vaxtlarda bir sıra rayonların rəhbərliyində dəyişiklik ediləcəyini də vurğuladı: "Artıq bu yöndə sürətli bir proses başladılacaq".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək