SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daha bir əsgərimiz şəhid oldu

Daha bir əsgərimiz şəhid oldu

Tarix:

7-03-2020, 13:36

/ 1 056 dəfə oxundu.
Daha bir əsgərimiz şəhid oldu

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb...
Əsgər dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.

Şərhlər

XƏBƏR LENTİ