XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hüseynqulu Bağırovun Mikayıl Manafovla şərikli biznesi üzə çıxdı - Sənədlər

Hüseynqulu Bağırovun Mikayıl Manafovla şərikli biznesi üzə çıxdı - Sənədlər

Hüseynqulu Bağırovun Mikayıl Manafovla şərikli biznesi üzə çıxdı - Sənədlər
4-03-2020, 17:04

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov qurumun 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini Mikayıl Manafovla biznes ortağı olub.

Bunu araşdırmaçı jurnalist Hafiz Babalı sosial şəbəkədə yazıb.

O bildirib ki, tərəflər 2008-ci ildə "Safari Bak Upak” MMC təsis ediblər: "M. Manafovun formal şəriki kimi şirkətdə nazirin oğlu Lətif Bağırov iştirak edib. Vergilər Nazirliyinin məlumatına görə, şirkət Qusar şəhərində karton məmulatı istehsalçısıdır. L. Bağırovun hazırda bu şirkətdə şərikliyi davam etdirib-etdirməmədiyi haqda məlumat yoxdur. 2018-ci ilin oktyabrında şirkətin reyestr məlumatlarına dəyişiklik edilib. Şirkətə hazırda yerli sahibkar Mübariz Eygün oğlu Verdixanov (VÖEN 4700126292) rəhbərlik edir”.

"E.Verdixanov həm də Milli Məclisin keçmiş deputatı Asya Manafovanın qardaşı olan Mikayıl Manafova məxsus "Safari” MMC-nin direktorudur. Kommersiya qurumlarının reyest məlumatına görə, E. Verdixanov "Pioneer” tam ortaqlı şirkətinə də rəhbərlik edir. M. Manafov Qusar rayonunda tanınmış iş adamlarındandır. O, "Şahdağ” firmasının və "Şəlalə” MMC-nin sahibidir. Keçmiş nazirə qayıdaraq əlavə edim ki, onun oğlu həm də "Şollar Termal Kurortu” MMC-nin direktoru və sahibidir. Amma H. Bağırovun Azərbaycandakı biznes fəaliyyəti daha genişdir”, – jurnalist bildirib.

O, mövzuya aid Vergilər Nazirliyinin saytında əksini tapan faktları da feybuk hesabında paylaşıb.
Hüseynqulu Bağırovun Mikayıl Manafovla şərikli biznesi üzə çıxdı - Sənədlər






XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.