Nazim İbrahimovun dolayı biznesi... - İndi-indi üzə çıxır...
2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsidə "birdəfəlik" şirkətlərdən istifadə edirdi. Bunu araşdrmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə paylaşdığı araşdırmasında bildirir. Cavanşir Həsənli yazır:
"Yeri gəlmişkən, üç il əvvəl Almaniyanın Köln və Münxen şəhərlərində də Xocalı soyqırımının ildönümü ilə əlaqədar etiraz mitinqləri keçirilmişdi.
O zaman Diasporla İş üzrə Dövlət Komitəsi aksiyanın Kölndə təşkilinə 46147,16 manat, Münxendə təşkilinə isə 45163,93 manat pul silmişdi.
Hər iki tədbirin təşkili üzrə satınalmalar tədbirdən cəmi bir neçə gün qabaq, 2017-ci il fevralın 7-də Azərbaycanda qeydiyyatdan keçirilmiş "SMART GLOBE İNN" MMC-yə həvalə edilmiş, bunun üçün yüz min manata yaxın vəsait bu şirkətin hesabına köçürülmüşdü.
Reyestr məlumatlarına görə şirkətin qanuni təmsilçisi RAHİB ƏHMƏDOV XANƏLİ OĞLU, hüqüqi ünvanı NƏSİMİ RAYONU, ABBASQULU AĞA BAKIXANOV, ev 42, m. 58-dir. Başqa heç bir "fəaliyyəti" olmayan şirkət maliyyə ilinin sonunda (2018-ci ilin mayında) ləğv edilib.
Əlavə qeyd: AZƏRTAC-ın xüsusi müxbiri o zaman xəbər vermişdi ki, Kölndəki aksiyanı Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyi, Münxendəki aksiyanı Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberq Mədəniyyət və Təhsil Cəmiyyəti, Münxendə fəaliyyət göstərən türk diaspor təşkilatları birgə təşkil ediblər".
Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq!
Teref.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...