XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Sədaqət Vəliyeva deputat seçildi, yoxsa seçdirildi? - Və yaxud Nizami sakinləri YAP-ın susqun namizədinə niyə səs verməli idi?!

Sədaqət Vəliyeva deputat seçildi, yoxsa seçdirildi? - Və yaxud Nizami sakinləri YAP-ın susqun namizədinə niyə səs verməli idi?!

Sədaqət Vəliyeva deputat seçildi, yoxsa seçdirildi? - Və yaxud Nizami sakinləri YAP-ın susqun namizədinə niyə səs verməli idi?!
22-02-2020, 17:14

25 saylı Nizami rayon ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Sədaqət Vəliyevanın fevralın 9-da saxtakarlıq yolu ilə yenidən Milli Məclisə üzv seçdirilməsi bu rayonun sakinlərinə sirr deyil.

Əlbəttə, bu dairənin bütün məntəqələrində seçki qutularına topa halda bülletenlərin atılması, SOCAR əməkdaşlarının seçki prosesinə aşkar müdaxilə ertməsi, bütün məktəblərdə müəllimlərin saxtakarlığa alət edilməsi haqda sosial şəbəkələrdə və mətbuatda çoxsaylı faktlar, video-görüntülər yayılıb. Amma, zənnimizcə, 25 saylı dairədə seçkilərin total saxtalaşdırılması bu cinayətdə iştirak edənlərlərin özləri və digər namizədlərin müşahidəçiləri ilə yanaşı, Nizami sakinlərinə də çox yaxşı bəllidir. Çünki Nizami sakinləri son 10 ildə Milli Məclisdə “lal ördək” rolunu oynayan, bu müddət ərzində bir dəfə də olsun hansısa seçicisini qəbul etməyən, onların problemləri ilə maraqlanmayan Sədaqət Vəliyevanın bu susqunluğunu öz səsləri ilə “mükafatlandıra” bilməzdilər. Bunun əksinə, seçkiqabağı təşviqat kampaniyası dövründə seçicilərin onun ünvanına çoxsaylı təhqirlər səsləndirdiyi haqda faktlar yetərincədir. Təsadüfi deyil ki, bütün bunlardan xəbərdar olan S.Vəliyeva təşviqat kampanisya dövründə əksər namizədlərdən fərqli olaraq, bir dəfə olsun seçiciləri ilə görüşə gəlmədi.

Əlbəttə, o, bu dediklərimizi inkar edə bilər. Deyər ki, mən filan-filan mənzillərdə seçicilərlə görüşdüm. Təbii, bu haqda məlumatımız var. Amma nədənsə, bu görüşlərin hər biri gizli keçirilirdi və belə iddialar var ki, həmin görüşlər təşviqat kampanisyasından daha çox “onbaşı” və “yüzbaşıları” təlimatlandırmaq məqsədi daşıyıb. Məsələn, Nizami rayonu Elşən Süleymanov küçəsi 162 a ünvanında keçirilən gizli görüşü də bunun bariz nümunəsi hesab etmək olar. Hansı ki, həmin binadakı mənzildə baş tutan görüşdə də seçicilər deyil, S.Vəliyevanın təbliğatını aparan “onbaşı” və “yüzbaşı”ların iştirak etdiyi haqda informasiyalar var...

Onu da qeyd edək ki, bu kimi gizli görüşlər keçirilməzdən öncə həmin binaların həyətinin SOCAR işçiləri tərəfindən asfaltlanması da ayrıca bir saxtakarlıq faktıdır. Qarşıdakı günlərdə tamaşaçılara təqdim edəcəyimiz video-görüntülərin hər birində SOCAR işçilərindən və bu şirkətə aid texnikalardan istifadə olunduğu aydın şəkildə görünür. Buna paralel olaraq “onbaşı” və “yüzbaşı”ların həyəti asfaltlanan binaların sakinləri arasında bu işin Sədaqət Vəliyevanın göstərişi ilə aparıldığı haqda car çəkdikləri də hər kəsə bəllidir.

Bütün bunlara rəğmən, seçkidən-seçkiyə üzə çıxan, hətta sonuncu seçkidə, digər həmkarları kimi biabırçı şəkildə qovulacağından ehtiyat edərək, seçicilərlə görüşə gəlməyə cəsarət etməyən Sədaqət Vəliyevanın 9 fevralda vətəndaşların səsini əldə edə bilmədiyi onun özünə və onu saxtakarlıqla deputat seçdirənlərə daha yaxşı aydındır. Axı, 10 il müddətində Milli Məclisdə bir dəfə olsun ağzını açmayan, bircə nəfər seçicisini qəbul etməyən S.Vəliyevaya Nizami sakinkləri nə üçün, hansı əsasla səs verməli idi?! Sizcə, bunun bir məntiqi izahı ola bilərmi?

“Hürriyyət”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.