XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakıda cinayətkarlığa qarşı mübarizənin vəziyyəti necədir? - RƏY

Bakıda cinayətkarlığa qarşı mübarizənin vəziyyəti necədir? - RƏY

Bakıda cinayətkarlığa qarşı mübarizənin vəziyyəti necədir? - RƏY
17-02-2020, 14:07

Bakıda hüquq qaydasının mühafizəsi, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə artım indeksi müşahidə olunur.

Bunu “Report”a Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, təqaüddə olan polis zabiti Cavid Cəfərov bildirib.

O deyib ki, ictimai təhlükəli əməllərinin qarşısının alınmasında, şübhəli şəxslərin ifşa olunmasında polisin bütün xidmət sturukturları fəallıq nümayiş etdirir:

"Bakı Şəhər Baş Polis İdarəsinin "Facebook" səhifəsində gündəlik yayılan statistik məlumatlardan aydın görünür ki, hər gün artım var, əvvəlki dövrlərdən bağlı qalan cinayətlərin açılmasında yeni metodoloji yanaşma tətbiq olunur. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun həyata keçirdiyi sistemli və kordinasiyalı iş prinsipi, dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması tələbi polis orqanlarının iş ahənginin tamamilə dəyişməsinə səbəb olub. Bu, cinayətkarlığa qarşı mübarizədə açılma fazinin yüksəlməsi, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizə dairəsinin genişlənməsinin nəticəsidir.
Təkcə bu gün yayılan statistikanın dünənlə bir neçə gün əvvəllə müqayisəsinə baxsaq, nəticələr aydın görünür.

Fevralın 14-nə olan vəziyyətə görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 47 cinayətin üstü açılıb, yaxud “isti izlər”lə aşkarlanıb. Onlardan 20-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Polisin işinə azdan-çoxdan bələd olan şəxs bilir ki, bu nəticəyə bir gün ərzində nail olmaq hansı zəhmət hesabına mümkün olur. Bu açılma indeksi 70 faizdən yuxarı olduğunu göstərir.

Başqa sözlə, bu, o həqiqətin göstəricisidir ki, paytaxt polisinin rəhbərliyi hadisələrin dinamikasını, krimnogen durumu yeni və daha effektiv formada nəzarətdə saxlamaqla, kəsərli tədbirləri yüksək peşəkarlıqla icraya yönəldir.

Çətindir, ağırdır - ancaq şərəflidir. Polis elə bir təşkilatdır ki, cəmiyyətin bütün təbəqələrinə inteqarasiya olunub, onun fəaliyyəti hamını maraqlandıran məsələdir. Zərərçəkmişlər sevinir ki, ona qarşı törədilən cinayətin üstü açılıb, polisdən razılıq edir. Tutulan, təqsirləndirilən şəxs və onun ətrafı polisdən narazı qalıb. Bu paradoksal yanaşma polis haqqında cəmiyyətdə çeşidli fikirlər yaradır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.