XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulov hətta ölmüş şəxsin ərizəsinə də baxıb qətnamə çıxarır

Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulov hətta ölmüş şəxsin ərizəsinə də baxıb qətnamə çıxarır

Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulov hətta ölmüş şəxsin ərizəsinə də baxıb qətnamə çıxarır
11-04-2017, 16:21

Redaksiyamıza Astara rayon Məhkəməsinin hakimi barəsində dəşətli bir fakt daxil olub.

Şikayəti olduğu kimi Sizə təqdim edirik.
Mən, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-1020/2017 saylı iş üzrə cavabdeh tərəfin nümayəndəsi Qasımov Vüqar Vaqif oğlu Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulov tərəfindən 2(018)-2368/2016 saylı iş üzrə iddiaçı Qubatova Səidəxanım Allahyar qızının 29.10.2016-cı il tarixdə öldüyü baxmayaraq həmin mülki işlə bağlı birtərəfli qayda da iş üzrə yetkinlik yaşına çatmayan uşaqların həyat və sağlamlığını təhlükə altına atmaqla 05.12.2016-cı il tarixdə Qətnamə qəbul etmişdir. Məlumat üçün qeyd edirəm ki, işi aparan hakim Zamiq Rəsulov hətta cavabdeh tərəfin prosessual hüquqların həyata keçirilməsini məhdudlaşdırmaqla iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə dair öz münasibətini bildirməmişdir. Məhz bu səbəbdən də qətnamədə bu kimi halı hakim tərəfindən qeyd etməməsi heç də təəcüblü deyildir.
Eyni zamanda əlavə etmək istəyirəm ki, İnsan hüquqlarının ümumi bəyannaməsində Birləşmiş Millətlər Təşkilatının uşaqların xüsusi qayğıya və köməyə hüququ olduğunu bəyan etdiyini, cəmiyyətin əsas özəyi və ailənin bütün üzvlərinin, xüsusən uşaqların inkişafı və rifahı üçün əsas təbii mühit kimi ailənin cəmiyyət çərçivəsində vəzifələrini tam həcmdə öz üzərinə götürə bilməsi üçün onun müdafiə edilməsinin və dəstəklənməsinin zəruri olduğu bir halda işi aparan hakim Zamiq Rəsulov bu tələblərə əks çıxmaqla, iş üzrə cavabdeh olan yetkinlik yaşına çatmayan uşaqların yeganə olan yaşayış yerindən məhrum edərək uşaqların gələcəyini sual altında qoymuşdur.
Göründüyü kimi, həmin qətnamənin qəbul edən hakim Zamiq Rəsulov öz qeyri obyektivliyi ilə qərəzli və eyni zamanda prosessual qanunvericiliyinə tam zidd ədalətsiz olan bir qətnamə qəbul etmişdir.
Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulov ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində öz peşə fəaliyyətində yol verilməz və xoşagəlməz bir prosessual qanunvericiliyini ciddi pozulması ilə nəticələnmiş hala yol vermişdir.
Bu qanuna zidd hərəkətlə hakimZamiq Rəsulov, Ulu öndər Heydər Əliyevin böyük əziyyətlə qurduğu müstəqil azərbaycan dövlətində ədliyyə orqanların adına və nüfuzuna qara kölgə salmışdır. Çünki, bütün məhkəmə qərarları və qətnamələri dövlətin adından çıxarılır.
Demək olar ki, bir çoxlarımıza bəllidir ki, hakimləri Prezidentimiz cənab İlham Əliyev təyin edir.
Nəticə etibarə ilə demək olar ki, Astara rayon məhkəməsinin hakimi Zamiq Rəsulov Prezidentin etimadını doğrulmaq fikrində deyildir.
Məlumdur ki, qanunla hakimlər müstəqildirlər və onlara tbir başa və yaxud dolayı yolla hər hansı bir formada təsir göstərmək qadağandır.
Həlbətdə ki, bu tələblər də hakimə əsas vermir ki, qərəzli şəkildə xüsusən də yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını tapdaq altına atan, eyni zamanda prosessual qanunvericiliyin tələblərinə zidd hansısa bir ədalətsiz qərar və ya qətnamə qəbul etsin.
AR Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinin tələblərinə görə, etibarnamə vermiş fiziki şəxsin ölməsi nəticəsində iş üzrə etibarnaməyə xitam verilir. Belə olan halda Astara Rayon Məhkəməsi həmin işə xitam verməli idi.
Hazırda tərəfimdən, Astara Rayon Məhkəməsinin 2(018)-2368/2016 saylı, 05.12.2016-cı il tarixdə Qətnaməsindən Şirvan Apellyasiya instansiya Məhkəməsinə verilmiş Apellyasiya şikayəti üzrə 2(106)-1020/2017 saylı iş icraatda olaraq araşdırılır. İşə baxan mülki kollegiyaya sədrlik edən hakim isə yüksək peşəkar və bu sahədə böyük təcrübəyə malik olan möhtərəm Tofiq Heydarov Heydarovdur. İnanırıq ki, Şirvan Apellyasiya instansiya Məhkəməsi tərəfindən qeyd olunanları nəzərə alıb iş üzrə tərəflərin hüquq bərabərliyini təmin etməklə, işə obyektiv hüquqi qiymət vermək üçün iş üçün mühüm əhəmiyyət kəsb edən faktların təmin olunması təqdim olunmuş vəsatətlərə münasibətini bildirib ədalətli qətnamə qəbul edəcəkdir. Şirvan Apellyasiya Məhkəməsində iş üzrə birinci məhkəmə iclası 18.04.2017-ci il tarixinə təyin edilib.
Ədliyyə nazirliyinin struktur idarələrindən xahiş edirəm ki, baş vermiş xoşa gəlməz halla bağlı Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulovun fəaliyyətinə hüquqi qiymət versin və bu işi öz nəzarətinə götürməklə digər zəruri töfsiyyələrini verilməsini təmin etsinlər.
Bu məslə ilə bağlı əlavə olaraq, işin nəticəsi barədə məlumat veriləcəkdir.
Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulov hətta ölmüş şəxsin ərizəsinə də baxıb qətnamə çıxarır
Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulov hətta ölmüş şəxsin ərizəsinə də baxıb qətnamə çıxarır

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.