SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Namizəd Anar Məmmədov kimin kürəkənidir?

Namizəd Anar Məmmədov kimin kürəkənidir?

Tarix:

31-01-2020, 10:31

/ 1 397 dəfə oxundu.
Namizəd Anar Məmmədov kimin kürəkənidir?

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatlığa namizəd Anar Məmmədovun sabiq nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan, adı mediada daha çox qalmaqallı layihələrdə hallanan Qulam Ələkbərovun adamı olduğu üzə çıxıb.

Axar.az xəbər verir ki, Qulam Ələkbərov deputatlığa namizəd A.Məmmədovun qayınatasıdır.

1984-cü ildə Bakı şəhərində doğulan A.Məmmədov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təhsil alıb. O, Z.Məmmədovun nəqliyyat naziri olduğu illərdə (2006-2009) Bakı şəhər Nəqliyyat Departamentində bölmə rəisi işləyib.

Deputatlığa namizəd A.Məmmədovun himayədarı olan qayınatası Q.Ələkbərov AQ İnşaatçı Servis MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil qalmaqallarına görə dəfələrlə mətbuatda çəkilib. O, vaxtilə paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonçular məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Z.Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra eks-nazir tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib və bununla da onlar arasındakı dostluq güclənib.

Deputatlıq iddiasında olan A.Məmmədovun qayınatası bəzi icra başçıları ilə də dostluq münasibətindədir. Həmin icra başçılarından biri də bu yaxınlarda yüksək məbləğdə pul mənimsəyən və məhz bu səbəbdən vəzifəsindən azad edilərək həbs edilən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir.

Şərhlər

XƏBƏR LENTİ