SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » YAP namizədi haqqında nələr deyildi?-Sensasion məlumat

YAP namizədi haqqında nələr deyildi?-Sensasion məlumat

Tarix:

29-01-2020, 09:41

/ 963 dəfə oxundu.
YAP namizədi haqqında nələr deyildi?-Sensasion məlumat

Növbədənkənar parlament seçkiləri yaxinlaşdıqca bəzi namizədlər barəsində heç də xoşagəlməz məlumatlar səngimək bilmir.

Redaksiyamıza Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli ətrafında cəryan edən hadisələrlə əlaqədar informasiya daxil olub. Belə ki, Uşaq xəstəxanasının həkimi kimi fəaliyyət göstərən M. Məmmədli heç də sıradan birisi deyil. Nəzərinizə çatdıraq ki, 9 fevral növbədənkənar parlament seçkilərinə YAP Sumqayıt şəhər şöbəsindən Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlinin namizədliyi irəli sürülüb. Əlbət də ki, hakim partiyanı təmsil edən şəxs nüfüz baxımından böyük hörmət sahibi olmalı və eyni zaman da vətəndaşları narazı salmamalıdır. Apardığımız araşdırmalara görə, Sumqayıt şəhər Uşaq Xəstəxanası olduqca biabırçı mənzərəni xatırladır. Xəstəxananın daxilindən sızan məlumatlara görə, uşaqlar üçün əzərdə tutulan dərmanlar baş həkimin vasitəsi ilə apteklərə yönləndirilir. Bunlardan əlavə xəstəxanaya müraciət edən sakinlər xəstəxananın girişindən, çıxışıana qədər həkimlərə “hörmət” etməlidir. Əslində, səhiyyə sisteminin iflic vəziyyətə düşdüyü tək Sumqayıt şəhərində müşahidə olunmur. Maraqlı məqam ondan ibarətdir ki, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğı məmurlar tərəfindən mənimsənilir. Elə məhz Sumqayıt şəhər Uşaq Xəstəxanası üçün nəzərdə tutulan dərmanların şəxsi apteklərə ötürülməsi məsələnin mahiyyətindən xəbər verir.

Dosye.org olaraq bir daha bildiririk ki, 9 fevral növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər arasınada ən layiqlisi və eyni zaman da xalqa xidmət edəcək şəxs seçilsin.

Lakin Sumqayıt şəhər Uşaq Xəstəxanasını və baş həkimi haqqında araşdırmalarımız davam edir.

Məlumat yayımlanmazdan əvvəl məqalədə adı hallana M. Məmmədli ilə telefon əlaqəsi yaratdıq. Btün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

Şərhlər

XƏBƏR LENTİ