SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Relax” hadisəsinə görə oğlu həbs edilən deputat seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı - FOTO

“Relax” hadisəsinə görə oğlu həbs edilən deputat seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı - FOTO

Tarix:

23-01-2020, 10:25

/ 937 dəfə oxundu.
“Relax” hadisəsinə görə oğlu həbs edilən deputat seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı - FOTO

“Relax” hadisəsinə görə oğlu həbs edilən deputat seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı - FOTO

“Relax” qalmaqalı ilə gündəmə gələn Lerikin deputatı İqbal Məmmədov bu dəfə namizəd olaraq çıxış etdiyi kürsüdə əks olunan SSRİ gerbi ilə diqqəti özünə yönəldib.

Teref.az-ın xəbərinə görə, görə, 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədovun seçicilərlə görüşdə SSRİ-nin gerbi olan tribunadan çıxış etməsi tənqidə səbəb olub. Amma həmin görüntüdə daha bir detal var ki, bu, Məmmədovun “kasıb rayonun zəngin deputatı” olduğunun aşkar göstəricisidir.

Lerik rayonu Azərbaycanın həm infrastruktur, həm də sakinlərin yaşayışı baxımından geridə qalan bölgələrindən hesab olunur. Amma bu rayonun sakinlərinin qismətinə zəngin deputat düşüb. Hətta o seçkilər zamanı belə seçicilərin qarşısına bahalı brend geyimlərlə çıxır.

Elə qalmaqala səbəb olan fotodakı geyimi haqda qısa araşdırma apardıq. Məlum olur ki, İ. Məmmədovun geyindiyi köynəyin qiyməti 1500-2500 dollar arasında dəyişir. Zəngin deputat hətta bu mərhələdə belə təvazökarlıq etməyib. Aylıq gəliri aşağı-yuxarı 1500 dollar olan seçicilərin qarşısına bu qiymətə olan geyimlə çıxmaq hansı anlama gəlir, bunu yalnız İqbal Məmmədov özü deyə bilər.

Xatırlatma: 2019-cu ilin avqustun 16-da "Relax" istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fotoları təqdim edirik

Demokrat.az
“Relax” hadisəsinə görə oğlu həbs edilən deputat seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı - FOTO

Şərhlər

XƏBƏR LENTİ