Mərhum nazirin oğlu Şirvanda pul paylayır-MANDAT ALMAQ ÜÇÜN
"Şirvanda seçki macəraları başlayıb. 46 saylı dairədən namizədliyini vermiş Camalov Rəşad Yavər oğlu rahat-rahat ənam paylayır".
Vətəninfo.az xəbər verir ki,bu iddia olunan məlumatı jurnalist Cavanşir Həsənli paylaşıb.
Məlumtda qeyd edilir ki,Rəşad Camalov mərhum Yavər Camalovun - keçmiş müdafiə sənayesi nazirinin oğlu!
"Şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini yığıblar "Yeganə" şadlıq sarayına və 100 manat şirinlik paylayıblar. Bu işi də kim təşkil edib, Şirvan şəhət İcra Hakimiyyəti başçısının birinci müavini Abıyev Samid.
Deyərsiniz ona nə güc düşüb? Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab rayonuna rəhbərlik edən Mərdan Camalovun uşaqlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, "seçilib".
Mən bilən bu Camalovun başqa ölkə vətəndaşlığı da olmalıydı axı...".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...