Transgender Şəmkir RİH-in rəsmi səhifəsində reklam verdi - FOTOLAR
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə karnaval keçirilib.
Bu barədə İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində məlumat verilib.
Karnavalda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bütün Azərbaycan xalqını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik edib.
Daha sonra 2019-cu ildə Şəmkir rayonunun sosila-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri diplomlar verilib.
Maraqlıdır ki, tədbirlə bağlı İcra Hakimiyyətinin rəsmi saytında dərc edilən xəbərdə adları işarələnənlər arasında rayonda yüngül həyat tərzi keçirən Elena Hüseynzadənin də adı var.
Rəsmi şəxslər arasında adı işarələnən Elena Hüseynzadə sosial şəbəkədəki hesabında açıq şəkildə yüngül həyat tərzi keçirdiyini, görüş üçün 60 manat tələb etdiyini reklam edir.
Rəsmi şəxslər arasında bu şəxsin adının yazılması təəccüb doğurduğuna görə İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Xəbərdarlığımızdan dərhal sonra yüngül həyat tərzi keçirən şəxsin adı siyahıdan silindi.
İcra Hakimiyyətindən bildirilib ki, həmin şəxs özü – özünü işarələyib: “Biz onu tanımırıq, kim olduğunu və fəaliyyətini bilmirdik. Xəbər tutan kimi adını sildik”.
Bizimyol



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...