SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıt Bələdiyyəsinə üzv seçilən işsiz Sərviz Süleymanov kimdir? - MARAQLI ARAŞDIRMA

Sumqayıt Bələdiyyəsinə üzv seçilən işsiz Sərviz Süleymanov kimdir? - MARAQLI ARAŞDIRMA

Tarix:

26-12-2019, 01:30

/ 2 008 dəfə oxundu.
Sumqayıt Bələdiyyəsinə üzv seçilən işsiz Sərviz Süleymanov kimdir? - MARAQLI ARAŞDIRMA

Bildiyimiz kimi , dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. İlkin nəticələrə əsaslansaq Sumqayıt şəhər Bələdiyyəsinin 19 üzvü artıq məlumdur.

Seçilən şəxslər arasında 14024 səslə ikinci olan və rəsmi sənədlərdə işsiz olduğunu qeyd edən 49 yaşlı Süleymanov Sərviz Salman oğlu kimdir?

Bu suala cavab tapmaq üçün S. Süleymanovla bağlı mətbuatda kiçik bir araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, sözügedən şəxs əvvəllər Sumqayıtda Mənzil İstismar Sahələrindən birinin rəisi, sonralar isə Sumqayıt şəhər Bələdiyyəsində mülkiyyət şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Hətta onun şöbə müdiri işlədiyi dövrdə töhmət aldığı da bildirilir.

Daha sonra "töhmətli” məmur Sumqayıtdan Abşerona transfer olunub. Belə ki, S. Süleymanov rayonun Ceyranbatan qəsəbəsində icra nümayəndəsi işləyib, 2008-ci ildə karyerasının pik nöqtəsinə çatıb. O, 10 ildən çox Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini olub. 2018-ci ilin yanvar ayından isə bu vəzifədən azad edilib. Bu illər ərzində onun adı mətbuatda heç də yaxşı xatırlanmayıb.
Həmin yazılardan belə görünür ki, S.Süleymanovun postundan kənarlaşdırılması heç də sadə səbəblərlə bağlı olmayıb. Belə ki, icra başçısının sabiq müavinin adı çoxsaylı qanunsuzluqlarda hallanıb.

Məlumata görə, S.Süleymanovun Abşeron rayonunun bir çox yerlərində, xüsusilə Goradil, Fatmayi, Məhəmmədi kəndlərinin ərazisində vətəndaşların etibarından istifadə edərək onların torpaqlarını ələ keçirdiyi iddia olunur.

Bununla yanaşı qeyd olunur ki, mənimsədiyi torpaq sahələrini yaxınlarının adına rəsmiləşdirib.

Sabiq müavin bütün bu əməllərinin qarşılığında isə özünə kifayət qədər geniş biznes şəbəkəsi qurmağı bacarıb. Belə ki, S.Süleymanovun yalnız Abşeron rayonunun müxtəlif ərazilərində deyil, paytaxt Bakı və Sumqayıtda da çoxsaylı ticarət obyektlərinə sahibləndiyi deyilir.

Onun vaxtı ilə töhmət aldığı bələdiyyədə necə fəaliyyət göstərəcəyini isə zaman göstərəcək.

Qeyd edək ki, Sərviz Süleymanov 44 saylı Sumqayıt – Xızı seçki dairəsinin sədri Məzahir Süleymanovun qardaşıdır.

Qarşı tərəfin mövqeyini də işıqlandıra bilərik.

Teref.az

Şərhlər

XƏBƏR LENTİ