SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ELMAR VƏLİYEVDƏN DOSTU QƏZİYƏ DİREKTORLUQ HƏDİYYƏSİ-ÖZƏL

ELMAR VƏLİYEVDƏN DOSTU QƏZİYƏ DİREKTORLUQ HƏDİYYƏSİ-ÖZƏL

Tarix:

19-01-2017, 09:45

/ 2 366 dəfə oxundu.
ELMAR VƏLİYEVDƏN DOSTU QƏZİYƏ DİREKTORLUQ HƏDİYYƏSİ-ÖZƏL

Surəti: Azərbaycanın tanınmış
kütləvi informasiya vasitələrinə

Azərbaycan Respublikasının Prezidenti
İ L H A M Ə L İ Y E V cənablarına
Gəncə şəhərindəki 10 saylı orta
məktəbin bir qrup müəllim kollektivinin

MÜRACİƏTİ

Çox hörmətli cənab Prezident,Azərbaycanda icra hakimiyyəti başçıları arasında ən qalmaqallı şəxs hesab olunan Elmar Vəliyev Gəncəyə təyinatından bu yana demək olar ki,ən iri ranqlı məmurlarla həmişə açıq savaşlar aparır.
Yəni o, özündən yüksək vəzifə səlahiyyətləri daşıyan hər məmurun işinə birbaşa müdaxilələr edib, ölkənin ikinci böyük şəhərini istəklərinə uyğun tərzdə idarə edir. Ümumiyyətlə, son illər Elmar Vəliyev ədalı hərəkətləri ilə daha çox təhsil naziri Mikayıl Cabbarovla problemlər yaşayır. Belə ki, icra başçısı təyinatından dərhal sonra o Gəncə şəhərindəki orta məktəblərdə də kadr islahatları aparıb, özünün şəxsən önəm verdiyi şəxsləri direktor təyin edib, bir sıra məktəb direktorunu isə vəzifəsindən özünəməxsus tərzdə qovdurub. Təbii ki, bu addımlar haqlı olaraq təhsil nazirliyi tərəfindən heç də yaxşı qarşılanmayıb və dəfələrlə ölkə təhsilinin inkişafına xüsusi önəm verən və Prezident cənab İlham Əliyev tərəfindən bu vacib öhdəliyi çiyinlərində daşıyan Mikayıl Cabbarov məsələnin ciddiliyini bildirməklə narahatlığını bildirib ,dəfələrlə E.Vəliyevi təhsil nazirliyinin işlərinə müdaxilələrdən çəkinməyə dəvət edib. Təsadüfi deyil ki, hətta Mikayıl Cabbarov Gəncədə keçirdiyi iclaslarda nazirliyə tabe bütün qurumların yalnız təhsil nazirliyinə tabe olduğunu xatırlatmaqla icra hakimiyyətlərinin məktəblərə və digər təhsil müəssisələrinə qanunsuz müdaxilələrini pisləyib. Bütün bunlara baxmayaraq,bir çox hallarda təhsil naziri deyəsən Elmar Vəliyevin şəxsi mövqeyinə uduza-uduza gedir.
Təkcə Gəncə şəhəri, 10 saylı orta məktəb barədə sadalayacağım fakt yuxarıdakı fikirlərimin əyani sübutu ola bilər.
Samux rayonunun sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən Navağalı qəsəbə məktəbinin direktoru vəzifəsindən ,eyni zamanda məntəqə sədrliyindən biabırçı şəkildə qovulan Əliyeva Arzu Şirin qızı bu yaxınlarda Elmar Vəliyevin xeyir duası ilə Gəncə şəhərindəki 10 saylı orta məktəbə direktor təyin olundu.
Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı.Ərinin, yəni el arasında Qəzi adı ilə məşhur olan həyat yoldaşının Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın olmasından tez-tez istifadə edərək heç kimdən qorxmadığını bildirir və deyir ki,gedin kimə istiyirsiz şikayət edin.Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə rüşvət ayaq tutub yeriyir..
Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından(????) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir,həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar.Əmək haqqı isə məktəbin Aybəniz və Sona adlı müəllimələrinin adına yazılır və həmin pullar Arzu Əliyevaya çatır.Arzu Əliyeva məktəbə gəldiyi gündən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vahid adlı şəxsi heç bir səbəb olmadan işdən çıxarıb.Onun əvəzınə 6000 manat müqabilində Kazımov Arzu adlı şəxsi işə qəbul edib.Bufetdə şagirdlərə xidmət göstərən xadimə Təranə adlı şəxs ümumiyyətlə, işə gəlmir,lakin onun maaş kartı direktor Arzu Əliyevadadır.Məktəbdə dalandar vəzifəsinə isə Nigar adlı 20 yaşında cavan bir qızı təyin etmişdir,maraqlıdır 20 yaşında qız haranı süpürür ki??? Bu şəxs ümumiyyətlə, işə gəlmir,buna baxmayaraq onun da da maaş kartı Arzu Əliyevadadır və maaşını da Arzu Əliyeva alır.
Binanın mühafizəsində növbətçi statında 2 nəfər işçi vardır,lakin bu şəxslər də heç vaxt işə gəlmirlər.Ona görə də həmin vəzifə Elman adlı kənar bir şəxs tərəfindən icra edilir,həmin işçilərin maaş kartı isə direktor Arzu Əliyevadadır.Elə bunların nəticəsidir ki,direktorluq kürsüsünə oturduğu bu 3-4 ay ərzində Daşkəsənin Xoşbulaq adlı istirahət zonasında bir neçə hektarlıq ərazidə yerləşən böyük villaya sahib olub.
Arzu Əliyeva məktəbin hər bir yerinə kamera qoydurub,məktəbə həftələrlə gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq gəlir) və məktəbi skayp vasitəsilə telefonla idarə edir.
Arzu Əliyevanın həyat yoldaşı isə Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavini işləyir.Sabiq icra başçısı Vilyam Hacıyev həm Arzu Hacıyevanı,həm də onun yoldaşı Qəzənfər adlı şəxsi qudurganlıgına və biabırçı hərəkətlərinə görə işdən qovmuşdu.Lakin onlar Elmar Vəliyevin Qəzi adlı şəxslə yaxın olması ucbatından Arzu Əliyeva qol-qanad açıb.Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də dövlət qullugu imtahanından keçməməsinə baxmayaraq naməlum səbəblərdən direktor vəzifəsinə təyin olunub.
Məlumunuz olsun ki,bu barədə kütləvi informasiya vasitələrində məlumat getdikdən sonra Gəncə şəhər Təhsil İdarəsinin inspektoru Elşən Məmmədov direktora zəng edib deyir ki,yenə də internetdə yazıblar,adı yazılanları çağır,qoy işdə olsunlar ,gəlirəm məktəbə,protokollaşdıracam ki,hamı yerində idi və mətbuatda yazılanlar böhtandan başqa bir şey deyil.
Arzu Əliyeva adını çəkmək istəmədiyimiz bir xanım jurnalistə (amma, əslində bu adam jurnalist deyil) 500 manat pul verib özü haqqında bir nömrədən ibarət bir qəzetdə material yazdırıb onu həm müəllimlər otağında stolların üstə qoyub müəllimlərə oxutdurur,həm də ksereks edib məktəbin şagirdlərinə paylayır ki,oxuyun görün mənim haqqımda qəzetdə müsbət bir məqalə yazılıb.Bütün günü dərs otaqlarına girib sinif rəhbərlərinə həmin cəmi bir nüsxədən və bir nömrədən ibarət olan daha çox sovet dövrlərinin fotomontajını xatırladan həmin qəzetdə dərc olunan məqalənin müzakirəsini keçirtdirir.Amma bizim fikrimizcə orta məktəblərdə gənc nəsilə elm öyrədilməlidir.Belə bir şəxs özünün sadaladığımız direktorluq fəaliyyəti ilə təhsilimizə nə verə bilər və bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək???
Cənab Prezident, aidiyyəti orqanlara dəfələrlə müraciət olunmağına baxmayaraq heç bir tədbir görülmür ,xahiş edirik ki,bu barədə ölçü götürulməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz.

Hörmətlə,
Gəncə şəhər,10 saylı məktəbin
bir qrup müəllimi

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ