XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » BNA-nın Elmlər Akademiyası tələsi – Foto

BNA-nın Elmlər Akademiyası tələsi – Foto

BNA-nın Elmlər Akademiyası tələsi – Foto
5-12-2019, 13:25

Jurnalist Məhəmmədəli Qəribli Bakı Nəqliyyat Agentliyinin (BNA) növbəti tələsini ifşa edib. O, öz Feysbuk hesabında metronun Elmlər Akademiyası stansiyası ətrafında rastlaşdığı hadisə ilə bağlı məsləni ictimailəşdirib. Həmin statusu olduğu kimi təqdim edirik:

BNA doğrudan da DYP-nin ölənlərinə rəhmət oxutdurur. Dünən işdən sonra uşağa kitab almaq üçün, maşını ədəb-ərkanla metronun Elmlər Akademiyasının yanında, hər zaman parkovka kimi fəaliyyət göstərən, xüsusi geyimli parkovşiklərin olduğu yerdə saxladım. Girib mağazadan kitab alıb çıxdım. Üstümdə pul az olduğu üçün, uşağa lazım olan bütün kitabları ala bilmədim.

Bu səbəbdən də, mağazanı tez terk etdim. Səhər BNA adından mənə 20 manat cərimə gəldi. Hörmətli Mais müəllimlə (qurumun MX rəhbəri-red) dəqiqləşdirdim. Deyir, orda gecə-gündüz kamera işləyir və bütün maşınları çəkir. Sual olunur: bəs onda niyə qadağanedici işarə yoxdur? Mais müəllim deyir var, və nişanda göstərilir ki, 150 metr məsafədə maşın saxlamaq qadağandır.

Belədirsə, onda həmin işarə bir neçə yerdə vurulmalıdır ki, hamı görə bilsin. Yoxsa, bir yerdə belə işarənin vurulması, uzun məsafədə maarifləndirmə rolunu oynaya bilməz. Bu daha çox BNA-nın qurduğu tələyə oxşayır. Hələ orda qadağanedici işarənin olub-olmadığını dəqiqi bilmirəm. Bu gün araşdıracam.

Başqa bir sual: BNA ordakı xüsusi uniformalı parkovşiklərin fəaliyyətinin niyə qarşısını almır? Belə üsullarla büdcəyə çox pul topladıq devizini əldə rəhbər tutub, vətəndaşları incitmək olmaz. Orda icazəli dayanacaq ab-havası yaradılması heç kim avtomobil saxlamaz. Vallah, mənim həmin gün cibimdə 20 manatım artıq pulum olsaydı elə uşağa lazım olan bütün kitabları alardım. Şikayət etmək, haqqını tələb etmək isə enerji, zaman və əsəb tələb edir. Nə edək, bizim də həyatımız belə gətirib.

Redaksiyadan: Çəkilmiş fotodan da görünür ki, mənzərə qanuni dayanacağa bənzəyir. Avtomobillər sıra ilə və çox səliqəli saxlanılıblar. Qadağanedici işarə isə 150 metr kənara vurulub. Burda BNA-nın məsuliyyəti açıq-aydın görünür. BNA-nın da mövqeyini dinləməyə hazırıq.
BNA-nın Elmlər Akademiyası tələsi – Foto

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.