Elçin Quliyevin növbəti hədəfi kim olacaq? - İDDİA
Sərhəd-keçid məntəqələrində insanların incidilməsi, süründürməçilik və digər neqativ hallar ciddi narazılıq doğurur.
Şikayətlərin günü-gündən artması isə problemlərin hələ də qaldığından xəbər verir. Şikayətlərin ən çox olduğu məntəqələr isə "Şıxlı” və “Mazımçay” sərhəd-keçid məntəqələrindədir.
Cebhe.info xəbər verir ki, son olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin "Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi, polkovnik-leytenant Gündüz Qafarov və digər 54 əməkdaşı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən kənarlaşdırılıb. Bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub. DSX rəisi, general-polkovnik Elçin Quliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirilib ki, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə DSX-nin 55 hərbi qulluqçu sərhəd nəzarəti sahəsindən kənarlaşdırılıb. Onlar dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması nəticəsində işdən kənarlaşdırılıblar.
İddia olunur ki, Elçin Quliyev növbəti addım olaraq məhz “Mazımçay” sərhəd nəzarəti məntəqəsi ilə bağlı qərar verəcək. Nəzərə alsaq ki, “Mazımçay” məntəqəsi ilə bağlı da şikayətlər kifayət qədər çoxdur, yaxın günlərdə bu məsələ ilə bağlı da qərarın veriləcəyi gözlənilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək