SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dələduz iş adamı həbsdən çıxır - Oğlu isə dələduzluğa görə bu gün şərti cəza aldı...

Dələduz iş adamı həbsdən çıxır - Oğlu isə dələduzluğa görə bu gün şərti cəza aldı...

Tarix:

25-11-2019, 16:09

/ 1 563 dəfə oxundu.
Dələduz iş adamı həbsdən çıxır - Oğlu isə dələduzluğa görə bu gün şərti cəza aldı...

12 il həbs cəzası alan “Sahil-D” və “Real” MTK-ların sahibi İlham Qasımov ilin sonuna qədər ev dustaqlığına buraxıla bilər...
Vətəndaşlara və sahibkar Gülağa Tənhaya “atdığı” milyonlara görə dələduzluq maddəsi ilə 12 il həbs cəzası “Real” MTK və “Sahil-D Company” şirkətləinin sahibi İlham Qasımov həbsdən çıxa bilər

Bu barədə PİA.AZ-a daxil olan məlumata görə İlham Qasımovun vəkillərinin və ailəsinin uzun müddətdir apardığı danışıqlar onun həbsdən çıxması ilə nəticələnə bilər. İş adamının ailəsinə yaxın olan şəxslərin iddiasına görə yaxın həftələrdə onun məhkumluğu 12 ildən 8 ilə düşürələcək və yerdə qalan 4 il həbs müddətini xəstəliyi ilə bağlı kamendatura rejimində çəkəcək. Məlumata görə İlham Qasımovun ailəsi dələduz iş adamın həbsdən azad olunması üçün nüfuzlu bir məmurun köməyindən istifadə edir.

Bu gün yayılan məlumatda isə İlham Qasımovun oğıu Lətif Qasımova da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmənin hökmü ilə dələduzluqda ittiham olunan Lətif Qasımov və Zaur İsayeva şərti cəza verilib. İttiham aktına əsasən, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.

Xatırladaq ki, bir müddət öncə azadlığa çıxan İlham Qasımovun bacısı oğlu “Real” MTK şirkətinə rəhbərlik edən Sahil Cahangirlinin yenidən dələduzluq üstündə həbs olunduğu deyilir. Mövzuya qayıdacağıq...

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az

Şərhlər

XƏBƏR LENTİ