XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bu plyonkaya görə 150 manat cərimə yazılacaq – Diqqət

Bu plyonkaya görə 150 manat cərimə yazılacaq – Diqqət

Bu plyonkaya görə 150 manat cərimə yazılacaq – Diqqət
23-11-2019, 13:40

Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 150 manat məbləğində cərimə yazılacaq.
Avtosfer.az-a istinadən xəbər veririk ki, sürücünün kürəyindən arxada qalan şüşələrə (arxa yan şüşələrə) vurulan plyonkalara görə cərimə yazılmayacaq.

Alın və qabaq yan şüşələrə plyonkanın vurulması həm qanunvericiliklə qadağandır, həm də təhlükəlidir.

Çünki sutkanın qaranlıq vaxtı avtomobildən bayır hissə məhdud görünür.

Bu isə yol nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.