XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Elmira Süleymanova vəzifəsindən gedir

Elmira Süleymanova vəzifəsindən gedir

Elmira Süleymanova vəzifəsindən gedir
21-11-2019, 18:04

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) namizədliyi məsələsi müzakirəyə çıxarılacaq.

Unikal.org-un xəbərinə görə, bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Adları məlum olan namizədlər Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.