SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qaradağ icra başçısının yaxın adamı əlil qadının başına oyun açır - Prezidentə müraciət

Qaradağ icra başçısının yaxın adamı əlil qadının başına oyun açır - Prezidentə müraciət

Tarix:

3-04-2017, 15:52

/ 13 179 dəfə oxundu.
Qaradağ icra başçısının yaxın adamı əlil qadının başına oyun açır - Prezidentə müraciət

Azərbaycanda baş həkim məcburi köçkün ailəsinin əlillik müavinəti almasına əngəllər törədir.

Bu barədə Zəngilan rayonundan köçkün düşən, hazırda Lökbatan qəsəbəsində 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında sahə tibb bacısı işləyən Lətifə Sadıqova məlumat verib. O, saytımıza şikayətində bildirib ki, bir gözü görmə qabiliyyətini tamamilə itirdiyindən əlillik müavinəti almaq üçün nazirliyə müraciət etmək qərarına gəlib. Lakin 19 saylı Bakı Şəhər Xəstəxanasının (BŞX) baş həkimi Elçin Hüseynov əlillik dərəcəsinin təyin olunmasına süni maneə yaradır.

"2 yaşım olarkən Zəngilan rayonunun Vənətli kəndində yaşadığımız evin 2-ci mərtəbəsindən yıxılaraq aldığım travma nəticəsində bir gözüm görmə qabiliyyətini tamam itirib. 2014-cü ilin dekabr ayında həyat yoldaşım avtomobil qəzasında dünyasını dəyişəndən sonra dolanışığımız çətinləşib. Bu səbəbdən xəstəliyimlə bağlı əlillik dərəcəsi almaq üçün 2016-cı ilin aprel ayında 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının göndərişilə Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində müayinədən keçmişəm. Sol gözümün görmə qabiliyyəti 0%, sağ gözümün görmə qabiliyyəti 100% olduğu təsdiqlənib. 27 Oktyabr 2016-cı il tarixdə isə Akademik Zərifə Əliyeva adına MOM-dən 5643 N-li Tibbi Rəy verilsə də, əlillik dərəcəsinn təyin olunması üçün 19 saylı BŞX-nin baş həkimi E.Hüseynov ƏƏSMN-nə müvafiq sənədlərin göndərilməsini əngəlləyir. 14.12.2016-cı il tarixdə baş həkim Hüseynovun qəbulunda oldum və xahiş etdim ki, 88 N-li formanın verilməsinə icazə versin. Cavabında baş həkim bildirdi ki, mən hələ araşdırma aparacağam”, - deyə Lətifə Sadıqova bildirib.

Tibb bacısı Baş həkimin bu əməli ilə bağlı ölkə başçısı İlham Əliyevə, Baş prokurorluğa, Səhiyyə Nazirliyinə, Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyevaya şikayət məktubları yazıb. Onun məktublarına cavab olaraq Bakı ŞBSİ-nin özünü Gülya kimi təqdim edən əməkdaşı L.Sadıqovaya zəng edib. Zənginin məqsədi isə məcburi köçkünün əlillik dərəcəsi almasına maneə törədən baş həkimi müdafiə etmək olub. Gülya adlı şəxs tibb bacısına baş həkimin tələblərinin nədən ibarət olduğunu da deyib: "Gülya xanımın dediyinə görə, baş həkim Hüseynovun tələbi odur ki, mən gərək hökmən 6 ay xəstəlik vərəqəsi açdırım. 19 saylı BŞX-nın oftolmoloqu da çıxılmaz vəziyyətə düşüb, mənə 6 aylıq xəstəlik vərəqəsini hansı adla açacağını bilmir. Çünki mənim gözümü müalicə ilə bərpa etmək mümkün deyil. Əslində isə şikayət etdiyim üçün o, mənimlə prinsip aparır. Nə qədər ki, mən uşaq poliklinikasında tibb bacısı işləyirəm, mənim əlillik dərəcəsi almağıma imkan verməyəcəyinə söz verib”.

Məsələ ilə bağlı Elçin Hüseynovun mövqeyini öyrənmək üçün 19 saylı Bakı Şəhər Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan baş həkimin Azərbaycanda olmadığı, hazırda məzuniyyətdə olduğu bildirildi. Bakı şəhər Baş Səhiyyə İdarəsinin Gülya adlı əməkdaşı isə bununla bağlı L.Sadıqovaya rəsmi cavab verildiyini qeyd etdi.

Məlumat üçün bildirək ki, Elçin Hüseynovun qanunsuz əməlləri, rüşvətxorluğu barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilib, aidiyyəti qurumlara şikayətlər ünvanlanıb. Bildirilir ki, Baş həkimin Qaradağ icra başçısı Süleyman Mikayılovla yaxın münasibəti var və onun qanunsuz əməllərinin cəzasız qalmasına və haqqında olan şikayətlərin heç bir nəticə verməməsinə səbəb də icra başçısının himayəsi altında olmasıdır.

BakiPost

Şərhlər

XƏBƏR LENTİ