SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daha üç deputatın “qələmi qırılıb” – Adlar

Daha üç deputatın “qələmi qırılıb” – Adlar

Tarix:

1-11-2019, 10:45

/ 1 086 dəfə oxundu.
Daha üç deputatın “qələmi qırılıb” – Adlar

Media yazır ki, 2020-ci ildə parlament seçkilərində ən azı 100 deputat yenilənə bilər.

Deməli, yalnız 25 deputat yenidən seçilmək şansı əldə edəcək. Yerdə qalan parlament üzvləri Milli Məclisdə son aylarını yaşayırlar.

Reportyor.info bu deputatlardan üçünün kim olduğunu öyrənib. İddialara görə, İmamverdi İsmayılov, Mirzəcan Xəlilov və Hacı Salayev növbəti seçkilərdə deputat statusu almağa çox uzaqdırlar.

Onların hər üçün 5 illik fəaliyyəti dövründə Milli Məclisdə ağzını açıb çıxış etməyiblər, seçiciləri ilə maraqlanmayıblar.

Bu deputatlar parlamentdə ”danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipinə söykənib, passiv mövqedə dayanmağa üstünlük verirlər.

Kifayət qədər məlumatlar var ki, bu sıradan olan deputatların əksəriyyəti seçiciləri ilə də demək olar ki, görüşmürlər və onların problemlərinin həlli üçün heç nə etmirlər.

Məsələn, İmamverdi İsmayılov biznesi ilə məşğul olan və prezidentin son siyasi idarəçilik modelinə, islahatlar kursuna adekvat olmayan millət vəkillərindən biridir.

Zəngilan-Qubadlı bölgəsinin deputatı olan İmamverdi İsmayılov parlament fəaliyyətinin 4 ilini kor-kor, gör-gör ki, yola verdi.

Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır.

İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur.

Deputatın oğlu İlkin İsmayılovun adı qətl işinə qarışmışdı. Belə ki, Qubada oteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobil də məhz İsmayılovlara məxsus olduğu deyilən 999 seriyası ilə olub.

Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib.

Heç bir parlament fəaliyyəti olmayan digər deputat isə Hacı Salayevdir. Onun Sumqayıt və Xızı seçicilərinin “yanan barmağına su tökdüyü” olmayıb.

O, deputatlığı dövründə nə prezidentin islahatları, dövlətin gördüyü işlər barədə açıqlamalar verib, nə ölkə başçısına qarşı kampaniya aparan müəyyən dairələrin əməllərinə münasibət bildirib, nə Qarabağ məsələsindən danışır, nə MM-də təkliflərlə çıxış edir.

Belədirsə, niyə parlamentdə təmsil olunmalıdır? Əgər onun prezidentə, dövlətə, xalqa xidməti yoxdursa, mandatı yalnız biznes toxunulmazlığı üçündürsə, onda növbəti seçkidə ona şans verilməyəcək.

Çünki prezident artıq yeni kurs götürüb və parlament də bu siyasətin tərkib hissəsi olaraq yenilənməli, aktiv siyasətçilərdən, deputatlardan təşəkkül tapmalıdır.

H.Salayevin Azərbaycan və xaricdə biznesi var. Yaxşı olar ki, sahibkar kimi vətənə fayda versin. Salayevin oğlanları tikinti biznesinə maraq göstərirlər.

Deputatın “GoldenPey” ASC-nin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərən oğlu Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən ALLİANCE İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED Şirkətinə sahibdir.

Deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”i təşkil edir.

Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.

Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.

Növbəti dəfə deputatlığı gözlənilməyən parlament üzvləri sırasında Mirzəcan Xəlilovun da adı hallanır. M.Xəlilov yetərincə passiv fəaliyyət göstərib, hər hansı çıxışı, təşəbbüsü ilə yadda qalmayıb.

Əgər siyasi yük yenə Siyavuş Novruzov, Fazil Mustafa, Vahid Əhmədov kimi deputatların üzərinə düşürsə, Mirzəcan Xəlilov kimi deputatlar nə üçün Məclisdə olmalıdır?

41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovu cəmiyyət villasında işlətdiyi ustaların pulunu verməməsi ilə tanımışdı.

Zülfüqar Əliyev bildirirdi ki, 2013-cü ildə Mirzəcan Xəlilovla Novxanıdakı villasının fasadının təbii daş örtüyü ilə üzlənməsi üçün aralarında anlaşma olub. Amma pulunu ödəməyib.

Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov seçkidə məğlub olub.

2006-cı ildə təkrar seçkidə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib.

Hakimiyyətin yuxarı qatlarında nədənsə bu şəxsə qarşı bir inamsızlıq hiss edilib. Onun 2010-cu il parlament seçkilərində də 65 saylı Sabirabad dairəsindən də mandat almaq ümidləri doğrulmayıb. YAP-ın namizədlər siyahısına adı daxil edilməyib.

2015-ci il parlament seçkilərində də M.Xəlilovun adı hakim partiyanın namizədləri siyahısına daxil edilməyib.

M.Xəlilov YAP-ın üzvü olsa da fərdi qaydada namizədliyini 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürüb. Baxmayaraq ki, YAP-ın siyahıdan kənarda fərdi qaydada namizədliyini irəli sürən YAP üzvlərinə qadağası elan edilmişdi.

Nədənsə bu qadağanı pozan Xəlilov partiyadan çıxarılmadı. Əksinə, 41 saylı Sumqayıt seçki dairəsindən YAP-ın vahid namizədi, həmin dairənin deputatı Leyla Abdullayeva seçkilərdən qəfil geri çəkildi. M.Xəlilov deputat mandatına məhz bundan sonra sahib ola bilib.

M.Xəlilovun dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməsi isə deputatlıqdan xeyli əvvəllərə gedib çıxır.

“Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə sirdirsə məhz M.Xəlilovun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur.

Son illərdə bu ASC milyonlarla manatlıq tenderlərin “qalibi” olub. Bir sözlə, hər üç deputatın növbəti parlamentdə təmsil olunacağı sual altındadır.

Şərhlər

XƏBƏR LENTİ