Millət vəkilindən gülünc təklif - "Lap 500 minə də olsa..."
Azərbaycan Üzgüçülük Federasiyasının rəhbəri, millət vəkili Xanlar Fətiyev gülünc bir qərar verib. Məlumata görə, qurum rəsmisi bu yaxınlarda qapalı iclas keçirib.
İclas üzgüçülərin İslam Həmrəylik oyunlarında yaxşı nəticə göstərməsi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub. Ancaq X. Fətiyev federasiya rəsmilərinə göstəriş verib ki, İslam Həmrəylik Oyunlarında Azərbaycanı təmsil etmək üçün xaricdən idmançılar gətirilsin. Hətta bunun üçün 450-500 min manata qədər pul da ayrılıb. Federasiya rəsmiləri millət vəkilinin bu göstərişindən sonra axtarışa çıxıblar. Qurum rəhbəri onu da bildirib ki, bu il “tapdıqları” idmançılar nə London Olimpiya oyunlarında, nə Avropa Oyunlarında, nə də Rio Olimpiadasındakı kimi yarıtmaz olmasınlar. Əks halda, federasiyada kütləvi ixtisar olunma baş verəcək.
Hazırda rəsmilər bir neçə idmançı ilə maraqlanırlar. Namizədlər arasında Amerikadan olan üzgüçülər də var. Federasiya rəsmiləri yeni “milli” ilə İslamiadada ilk “3-lük”də yer almağı düşünür.
Yeniçağ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...