XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Dövlət Baytarlıq Xidmətinin rəis müavini keçmişini niyə gizlədir? – FOTOFAKT

Dövlət Baytarlıq Xidmətinin rəis müavini keçmişini niyə gizlədir? – FOTOFAKT

Dövlət Baytarlıq Xidmətinin rəis müavini keçmişini niyə gizlədir? – FOTOFAKT
30-03-2017, 15:18

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti ilə bağlı mətbuatda mütəmadi olaraq məlumatlar yayılır. Hətta son günlər Dövlət Statistika Komitəsi tərəfindən 5000 uzunqulağın yoxa çıxması ilə bağlı rəsmi məlumatdan sonra adıçəkilən xidmətin fəaliyyətinə diqqət yönəldildi. Çünki bazarlarda ət və ət məhsullarına nəzarətin olunmaması, bazar həkimlərinin formal xarakter daşıdığı hər birimizə məlumdur. Paytaxta isə leş ətlərinin, at ətlərinin gətirildiyinə isə dəfələrlə şahid olmuşuq. Yəni bütün bunlar onu göstərir ki, Dövlət Baytarlıq Xidmətində hansısa kadrlar yerində deyil. Bu istiqamətdə araşdırma aparmaq qərarına gəldik.
Dövlət Baytarlıq Xidmətinin rəsmi saytı vasitəsilə bəzi məqamları araşdırdıq. Məlum oldu ki, Rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini- Azər Süleymanovdur. Onun tərcümeyi halı, vəzifəyə təyin edilənə kimi keçdiyi yol tam aydın şəkildə oxucuların diqqətinə çatdırılıb. Hətta əlaqə nömrəsi də qeyd olunub.
Rəhbər şəxslər sırasında Baş məsləhətçi (mətbuat katibi) – Yolçu Həsənovun da tərcümeyi halı qeyd olunub. Hətta birinci dərəcəli dövlət qulluqçusu olduğu da vurğulanıb. Yəni mətbuata və ictimaiyyətə açıqlıq üçün tam məlumatlar burada qeyd olunub. Xidmətin Struktur bölməsində Epidemioloji nəzarət və profilaktika sektoru-Sektor müdiri- Kliment Əsədovun, İdentifıkasiya və təsərrüfatların qeydiyyatı sektoru–Sektor müdiri Xəndan Rəcəblinin, Maliyyə və mühasibat uçotu sektoru-Sektor müdiri- Tamara Bağırovanın, Təsərrüfat sektoru– Sektor müdiri- Bakir İsmayılovun da tərcümeyi halları, iş təcrübələri, hansı universiteti bitirmələri çox dolğun şəkildə qeyd olunub. Amma maraqlıdır ki, rəis müavini Balarəhim Quliyev və Heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektoru-Sektor müdiri Aydın Hüseynov öz tərcümeyi hallarını ictimaiyyətdən gizli saxlayıb. Niyə? Səbəb nədir, görəsən? Əgər rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov ictimaiyyətə tam açıqlıq nümayiş etdirirsə, öz keçmişini gizlətmirsə, bu halda onun müavini niyə ictimaiyyətdən qaçır? Görünür burada bizim bilmədiyimiz məqamlar var. Və bu istiqamətdə araşdırmaya başlamışıq, yaxın günlərdə Dövlət Baytarlıq Xidmətinin rəis müavini Balarəhim Quliyevin nədən bu məsələyə qısqanclıqla yanaşdığını diqqətinizə çatdıracağıq.
Kivnews
Dövlət Baytarlıq Xidmətinin rəis müavini keçmişini niyə gizlədir? – FOTOFAKT
Dövlət Baytarlıq Xidmətinin rəis müavini keçmişini niyə gizlədir? – FOTOFAKT
Dövlət Baytarlıq Xidmətinin rəis müavini keçmişini niyə gizlədir? – FOTOFAKT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.