Azərbaycanda məhkum azadlığa çıxa bilmədiyi üçün vətəndaşlıqdan imtina edir
Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə məhkum Neman Eminovun cəzadan vaxtından əvvəl buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə məhkumun cəzasının üçdə birini çəkməsini nəzərə almayıb və onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı xahişini rədd edib.
N.Eminov məhkəmənin çıxardığı qərarla razılaşmır. Deyir ki, o, Eldar Mahmudova arxalanan məmurlar tərəfindən həbs edildiyindən Ali Məhkəmə barəsində ədalətsiz qərar verib: “Məni şərləyib həbsə atdırıblar. Bunu doğulduğum Goranboyun Qızılhacılı kəndində bilməyən yoxdur. İbtidai istintaq araşdırılmasında, məhkəmədə mənə qarşı prokurorluq əməkdaşı, Goranboy Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, Goranboy Rayon Məhkəməsinin hakimi haqsızlıq, ədalətsizlik etdilər, məni aldadan, mənə ”saxta sənəd, arayış" verən bir qrup vəzifəli şəxslərin verdikləri rüşvətə görə mənim 5 il müddətinə azadlıqdan məhrum edilməyimə nail oldular. Rayon təhsil şöbəsinin müdiri İlham Hüseynovun sifarişi ilə həbs edilmişəm. Onun oğlu, Goranboyun Zeyvə kənd sakini Ramin Hüseynov ləğv edilmiş MTN-in əməkdaşı, Eldar Mahmudov və Akif Çovdarovun kadrıdır. İlham Hüseynov Eldar Mahmudova, Akif Çovdarova arxalanıb mənə hədə-qorxu gəlirdi, istəyinə nail oldu, günahsız olsam da həbs etdirdi. Ali Məhkəmədə də bunu bilirlər. Necə olur, xalq artistinin ailəsini qıranı açıb buraxdılar, mənim isə günahsız ola-ola məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməyimin belə qarşısı alınır. Mən Azərbaycan vətəndaşlığından imtina edirəm. Qanunların pulsuz, rüşvətsiz, daydaysız işlədiyi bir ölkəyə verilməyimi istəyirəm".
Qeyd edək ki, N.Eminov 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...