Səfayə Əhmədovaya yeni vəzifə verildi
Tanınmış jurnalist, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı Səfayə Əhmədova yeni vəzifəyə təyin edilib.
Aldığımız xəbərə görə S.Əhmədova İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsinə təyin edilib.
Səfayə Əhmədova musavat.com-un əməkdaşı ilə söhbətində məlumatı təsdiqlədi və artıq işinin başında olduğunu dedi: “Etimad göstərib bu vəzifəyə layiq bildiyi üçün İçərişəhər Qoruq İdarəsinin rəhbərinə minnətdarlığımı bildirirəm”.
12 il Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışdığı dönəmdə mətbuatla səmərəli əməkdaşlıq qurmağı bacaran, peşəkarlığı, davranışları ilə nüfuz qazanan Səfayə Əhmədova 2019-cu il avqustun 16-da həmin işindən öz istəyi ilə ayrılmışdı.
Qeyd edək ki, S.Əhmədova Səhiyyə Nazirlyindən əvvəl "Burc Fm" radiosunda, "Space", "Lider" telekanallarında aparıcı, xəbərlər departametinin rəhbəri vəzifəsində, habelə “Kaspi” qəzetində çalışıb.
Həmkarımıza uğurlar diləyirik!
Musavat.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək