Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov dünən axşam saatlarında vəfat edib.
xalqxeber.az xəbər verir ki, bu barədə universitetdən məlumat veriblər.
Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük-Dəhnə kəndində anadan olub. Evli idi, iki övladı və üç nəvəsi var. O, bir müddət Dillər Universitetinin rektoru səlahiyyətlərini də icra edib.