SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » METROPOLİTEN İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQININ SƏDRİNİN AVROPADA BİZNESİ ÜZƏ ÇIXDI-ŞOK SƏNƏDLƏR

METROPOLİTEN İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQININ SƏDRİNİN AVROPADA BİZNESİ ÜZƏ ÇIXDI-ŞOK SƏNƏDLƏR

Tarix:

20-08-2019, 06:54

/ 1 130 dəfə oxundu.
METROPOLİTEN İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQININ SƏDRİNİN AVROPADA BİZNESİ ÜZƏ ÇIXDI-ŞOK SƏNƏDLƏR

ki,Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlunun Çexiyaya biznesi üzə çıxıb.
Bununla bağlı xəbəri jurnalist Cavanşir Həsənli facebook sosial şəbəkəsində paylaşıb.
Məlumatda deyilir ki, Arif Mərdanov Çexiyada yolunu 2010-cu ildən salıb. 25 noyabr 2010-cu ildə Praqada FAM JONAD sro. şirkətini təsis edəndə cənab Mərdanov Azərsu ASC-dəki işindən təzəcə ayrılmışdı. "Bir neçə ay SOCAR-da çalışıb. 2014-cü ilin sentyabrından Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədridir. Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Çexiyadakı şirkət (qeydiyyat nömrəsi: 24769991) istehsaldan tutmuş, ticarət, daşınmaz əmlak biznesinə qədər geniş fəaliyyət sahələrini əhatə edir".
Məlumata görə 200 min çex kronu nizamnamə kapitalı olan şirkətin icraçı rəhbəri Arif Mərdanovun Bakıxanov 62 ünvanında qeydiyyatda olan həyat yoldaşı Nərgiz Mərdanovadır. Şirkətin 50 faizlik payı ona, qalan 50 faizlik hissəsi isə Əhməd Cavad küçəsi 1 ünvanında qeydiyyatda olan 24 aprel 1970-ci il təvəllüdlü Arif Mərdanova məxsusdur.

Vətəninfo.az
REDAKSİYADAN: Maraqlısı budur ki,cənab Mərdanov bu pulları necə əldə edib və hansı şəkildə ölkədən çıxararaq belə bir şirkət qurub.





Şərhlər

XƏBƏR LENTİ